Sizin Reklam Burada

Yaralı əsgərimiz Şuşanın necə alınmasından danışdı

Yaralı əsgərimiz Şuşanın necə alınmasından danışdıVətən müharibəsinin ilk günündən cəbhədə idim. Ağır döyüşlər, daim vuruşa can atan, komandirlərimizin hücum əmrini səbirsizliklə gözləyən cəsur əsgər yoldaşlarımın qəzəbli siması, silahlarını, döyüş texnikasını atıb qaçan düşmənlərimizin acizliyi, qorxaqlığı gözlərim önündən həyatım boyu silinməyəcək. Çox dəhşətli idi ki, onlar 30 ildən bəri zəbt etdikləri şəhər, qəsəbə və kəndlərimizdə daşı-daş üstündə qoymamışdılar.

Avrasiya.net xəbər verir ki, bunu 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açan, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanan Elvin Rəsulov söyləyib.

“Şuşa döyüşləri çox ağır idi. Bu qədim şəhərimizi biz onlardan heç də asanlıqla almadıq” - deyən Elvin ağır döyüşdə şəhid olan yoldaşının cəsədini kənara çıxarmaq istəyərkən yaxınlığında partlayan mərmi nəticəsində sol ayağından yaralandığını bildirib. Hərbi hospitala gətirilən Elvin burada həkimlərin sayəsində ayağını itirmək təhlükəsindən xilas olub.

“Nəinki ayağım, canım da Vətənə qurbandır” - deyən əsgər hospitalda Şuşanın azad olunması xəbərini eşidərkən sevincindən ağladığını belə gizlətməyib:

“Böyük qələbə sevincini isə mən və yanımdakı yaralı əsgərlər Prezident, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sonra yaşadıq”.

Hazırda doğma kəndində, evlərində müalicəsini davam etdirən Elvin Rəsulov yanına gələn yaxınlarına, həmkəndlilərinə, dost-tanışlarına müharibə xatirələrindən danışır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər