Sizin Reklam Burada

Müasir dövrdə gənc könüllülərin diaspor fəaliyyətində iştirakı mühüm əhəmiyyət kəsb edir

Müasir dövrdə gənc könüllülərin diaspor fəaliyyətində iştirakı mühüm əhəmiyyət kəsb edirYaxud “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin gələcəkdə də davam etdirilməsi vacibdir

Məlum olduğu kimi, ötən illər ərzində Azərbaycan yalnız Qafqazda deyil, ümumilikdə, dünyanın inkişaf etmiş ölkələri sırasında öz yerini təsdiqləyib və mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz güclü iqtisadiyyatı, uğurlu xarici və daxili siyasəti, eləcədə, dövlət quruculuğu sayəsində beynəlxalq arenada söz sahibi olmaq statusunu qazanmış və bu statusundan yetərincə faydalanaraq, qətiyyətli addımlar atmışdır. Lakin bu uğuru əldə etmək heç də asan olmamışdır. Belə ki, məhz məqsədyönlü və hərtərəfli istiqamətlər üzrə fəaliyyətlər, eyni zamanda potensial güclərin hədəf üçün birləşməsi bu yolda həlledici amil rolunu oynamışdır. Heç şübhəsiz ölkəmizin əldə etdiyi uğurlar sırasında diaspor quruculuğu siyasətində də yeni addımlar atılıb ki, bu da son hadisələr fonunda öz müsbət nəticəsini ortaya qoydu. Daha dəqiq desək, diaspor quruculuğu siyasətinə, ümumilikdə diaspor fəaliyyətinə gənclərin, gənc könüllülərin daha aktiv şəkildə cəlb olunması artıq öz öz müsbət nəticəsini verir.

Onu da qeyd edək ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi də sentyabrın 20-dən etibarən reallaşdırmağa başladığı “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsində məhz bu insan resursu, güc, potensial faktına əsaslanmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş layihəsi çərçivəsində dərc olunan əvvəlki yazılarda könüllülük fəaliyyəti barədə dolğun məlumat verildiyindən yalnız onu təkrar vurğulamaq yerinə düşər ki, könüllülər bu gün ölkəmizin gerçəkləşdirdiyi ən böyük, ciddi layihələrdə yetərincə mühüm söz söz sahibi, hərəkətverici qüvvədirlər.

Ölkə başçısının 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi özlüyündə könüllülük fəaliyyətinin nə dərəcədə vacib, mühüm olmasının təsdiqidir. Təsadüfi deyil ki, könüllülərimizin əsas hissəsini gənclər təşkil edir. Çünki bu gün ölkədə gedən bütün islahatların mərkəzində məhz gənclər dayanır. Bu gənclər müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlətin qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.
Azərbaycan diaspor könüllülərinin də fəaliyyəti bu mənada təqdirəlayiqdir. Azərbaycanın son illərdə artmaqda olan beynəlxalq nüfuzu məhz diaspor fəaliyyətinin düzgün qurulması, hədəflərin və vasitələrin dəqiq müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, əksər ekspertlərin də vurğuladıqlar kimi, bu il sentyabrın 27-dən Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq ordumuzun başlayan əks-hücum əməliyyatlarınadək işğal altında olan torpaqlarımızın qaytarılması istiqamətində atılan addımların düzgün müəyyən edilməsi, həqiqətimizin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması baxımından xaricdəki diplomatlarımızla yanaşı, diaspor təşkilatları və onların ətrafında birləşən gənc könüllülər də vacib missiyanı həyata keçiriblər. 45 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgərlərimiz mənfur düşmənə qarşı mübarizə aparırdılarsa, ölkə xaricində – Azərbaycanın hüdudlarından kənarda məhz diplomatlarımız, həmçinin diaspora fəallarımız və gənc diaspor könüllüləri öz iradələri gücünə yalançı erməni təbliğatına qarşı birləşdi. Gənc diaspor könüllüləri Azərbaycanda gedən Vətən müharibəsində haqlı tərəfin məhz azərbaycanlılar, təcavüzkar, işğalçı tərəfin isə Ermənistan olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün səylə mübarizə apardılar. Bu, artıq ölkədaxili deyil, eyni zamanda ölkə xaricində, bütün düyna azərbaycanlılarının birgə əzmi, mübarizəsi idi ki, sonda da qələbə ilə nəticələndi. Nəticədə, şübhəsiz ki, gənc diaspor könüllülərinin zəhməti danılmazdır.

Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, fəaliyyətində hər zaman beynəlxalq əlaqələrə, o cümlədən ölkəmizin təbliği məsələlərinə də xüsusi önəm verən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi məhz gənclərin maarifləndirilməsi məsələsinin hər zaman diqqətdə saxlanılması, müxtəlif ölkələrlə, xüsusilə, Orta Asiya respublikaları, Türkiyə, Şimali Kiprlə əməkdaşlığa xüsusi önəm verilməsi fikrini dəstəkləyərək, sözügedən layihənin gerçəkləşdirilməsini zəruri hesab etmişdir. Eyni zamanda, ötən müddət ərzində layihə çərçivəsində görülən işlər, atılan addımlar, dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərdən götürülən müsahibələr, araşdırma xarakterli, analitik yazılar, mülahizələr bir daha təsdiq etdi ki, layihə yetərincə aktual və səmərəlidir. Üstəlik, Azərbaycan diasporunun bundan sonrakı fəaliyyətində də gənc könüllülərin önə çəkilməsi əsas istiqamətlərdən birini təşkil etməlidir.

Yeri gəlmişkən, hələ iyul ayında işğalçı Ermənistanın növbəti dəfə atəşkəs rejimini pozması, təxribat törətməsindən sonra yaranan vəziyyət, xarici ölkələrdəki diasporumuzun son illər ərzində, demək olar ki, ilk dəfə olaraq, erməni diasporunu üstələməsi, eyni zamanda bu məsələlərdə gənc könüllülərin öndə olması bizim layihənin nə dərəcədə hədəfə uyğun olduğunu təsdiqlədi və işimizə yeni bir rəng qatdı. Nəticədə, biz bu layihə çərçivəsindən bir qədər də kənara çıxaraq, əhatə dairəsini genişləndirməli olduq. Eyni zamanda sentyabrın 27-dən sonra baş verən hadisələr – ordumuzun zəfər yürüşü də qarşımıza yeni məqsədlər qoydu. Bu məqsədlər, xüsusilə də, xarici ölkələrdəki soydaşlarımızın bundan sonra Azərbaycanın atacağı addımlara daha çevik şəkildə reaksiya verməsini, bundan sonra da diasporumuzun daha fəal olmasını tələb edir.

(davamı növbəti sayımızda)

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər