Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - XİNAzərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Avrasiya.net-ə bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir.

Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür:

"Məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq.

İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daim Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir.

Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk.

İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır.

Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq".
"Prezident Rusiya ictimaiyyətinə strateji mesajlar verdi" - Azay Quliyev"Azərbaycan Prezidenti İlham Əliyevin Rossiya 24 televiziya kanalının aparıcısı Kisilyova verdiyi tarixi müsahibə informasiya savaşında ölkəmizin növbəti və möhtəşəm qələbəsi idi. Dövlət başçısının çox dəqiq, sərrast, arqumentli və inandırıcı formada verdiyi cavablar, ölkəmizin haqlı mövqeyini peşəkar və əsaslandırılmış şəkildə Rusiya və dünya ictimaiyyətinə çatdırması indiki zamanda çox vacib idi".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Qulyev bildirib.

"Cənab Prezident Azərbaycanın bir tərəfdən münaqişənin həllində konstruktiv mövqe tutan, beynəlxalq norma və prinsiplərə tam əməl edən ölkə olduğunu, digər tərəfdən isə milli maraqlarından, ərazi bütövlüyünün bərpası uğrunda apardığı müqəddəs savaşdan vaz keçməyəcəyini qətiyyətlə bəyan etdi. Ən vacibi isə cənab Prezident bu çıxışında Rusiyanı Azərbaycana qarşı yönəltmək istəyən Ermənistanın və digər maraqlı qüvvələrin bütün planlarını və bəhanələrini darmadağın etdi. Rusiya ilə ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu və bunun gələcəkdə də qorunub saxlanacağını qeyd etməklə həm də Rusiya rəhbərliyinə və ictimaiyyətinə açıq mesaj vermiş oldu ki, Azərbaycan öz yaxın qonşuluq və stateji tərəfdaşlıq siyasətinə sadiqdir.

Bütün bunların fonunda rəzil durumda olan Paşinyanın hər sözü isə Azərbaycanın xeyrinə işləyirdi, işğalçı ölkənin faciəvi durumunu bir daha təsdiq edirdi. Müsahibədən sonra Rusiya politiloqları və ekspertlərinin verdiyi şərhlərdə də Azərbaycan Prezidentinin işğalçı ölkənin baş nazirindən müqayisə olunmaz dərəcədə həm intellekt, həm peşəkarlıq, həm də haqlılıq baxımından nə qədər üstün olduğu qeyd olunurdu. Azərbaycan Prezidenti, Ali Baş Komandan döyüş meydanında apardığı uğurlu stategiya və taktikanı eyni cəsarətlə və iradə ilə informasiya və diplomatiya sahəsində də aparır. Azərbaycan lideri regionda yeni düzəni formaşdırır, növbəti qələbələr üçün hər gün yeni imkanlar yaradır və bütün maneləri bir-bir aradan qaldırır.

Mən əminəm ki, bu mesaj tam vaxtında, çox peşəkar və müdrikcəsinə verilmiş stateji əhəmiyyətə malik tarixi mesaj idi və bu müsahıbə ilə Rusiya ictimai rəyində ölkəmizə qarşı süni şəkildə yaradılmağa çalışılan mənfi rəy əhəmiyyətli dərəcədə aradan qaldırıldı, Azərbaycanın nə qədər haqlı və konstruktiv olduğu bir daha Rusiya ictimaiyyətinə çatdırıldı.

Bu gün Azərbaycan Prezidenti yeni geosiyasi reallıqlar yaradır, regiona yeni düzən verir və ənənəvi qüvvələr balansını xeyrimizə dəyişir. Belə tarix yazmaq çox çətin və mürəkkəb vəzifədir. Bunun üçün təkcə dərin zəka, sərkərdərlik qabiliyəti, mahir siyasətçi olmaq tələb olunmur, bunun üçün həm də böyük ürək, qorxmazlıq və cəsarət tələb olunur.

Əminəm ki, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Zəfər Sərkərdəsi və müdrik siyasətçisi kimi, Azərbaycan Ordusu ən peşəkar və döyüşkən Ordu kimi, Azərbaycan Xalqı isə ən qəhrəman Xalq kimi tarixə düşəcək.

Qarabağ Azərbaycandır!"
Azərbaycan güləşçisi qızıl medalını Ordu üçün hərraca çıxarırYunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb.

Federasiyadan "Report"a verilən məlumata görə, millinin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı hərraca çıxarmağa hazır olduğunu bildirib.

O, satışdan əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürəcəyini söyləyib.

Hüseynovun sözlərinə görə, hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır: "Bu il ikinci dəfə Avropa çempionu oldum. 9 illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz vətən və Ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi İtaliyanın paytaxtı Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.
Vüqar Rəhimzadə: Bir tərəfdə güclü Azərbaycan, digər tərəfdə isə çökən Ermənistan.Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsin ilk anından etibarən işğalçı dövlətin bu razılaşmanı kobud şəkildə pozması onun sülh danışıqlarında maraqlı olmadığını əsaslı şəkildə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri tərəflər arasında istər son təxribatlarla, istərsə də əldə olunan humanitar razılaşma ilə əlaqədar fərqli yanaşmalara, ən əsası Azərbaycanın haqlı, Ermənistanın isə həmişə olduğu kimi, yenə də yalanlarla həqiqəti ötr basdır etmək cəhdlərinə bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider olduğunu, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur.

Belə ki, cənab İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad küçə uşağı təəssüratını bir daha təsdiqlədi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Avrasiya.net-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimiz bir daha bu məqamlara aydınlıq gətirdi ki, işğalçı dövlətin baş nazirinin hakimiyyətə gəldiyi ilk gündən danışıqların formatını dəyişmək cəhdi, qondarma «Dağlıq Qarabağ respublikası»nın qondarma “rəhbərinin” danışıqlarda tərəf kimi iştirakında maraqlı olması, onun ardınca «Qarabağ Ermənistandır» bəyanatı, daha sonra isə Livandan, Suriyadan erməniləri işğal altında olan ərazilərimizdə məskunlaşdırması Nikol Paşinyanın sülh danışıqları masasında oturmaqdan yayındığını, yeni ərazilər uğrunda müharibə planı hazırladığını konkret faktlar əsasında ortaya qoydu. Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar, sonra dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışları əsasında nail olduğu humanitar atəşkəsi pozaraq cəbhə bölgərindən uzaq ərazilərimizi intensiv raket atəşinə tutması Paşinyanın bu razılaşmanı terrorla əvəzlədiyinə işıq saldı.

V.Rəhimzadə bildirib ki, müsahibədən də göründüyü kimi, dövlətimizin başçısı aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Ermənistanın baş naziri isə yenə də eyforiyaya qapılaraq kompromis variant kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Kompromis barədə sualın üç dəfə təkrarlanması və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır. Bir daha bu reallıqda əksini tapır ki, beynəlxalq hüququn mövcudluğunu belə inkar edən tərəflə danışıqlar aparmaq, bundan müsbət nəticə gözləmək əbəsdir.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər bügünədək cərəyan edən proseslərdən, istərsə də bir müsahibə çərçivəsində ünvanlanan suallara yanaşmadan bu fərq daha aydın nəzərə çarpır ki, bir tərəfdə müasir, güclü, innovasiyalar ölkəsi olan Azərbaycana davamlı uğurlar qazandıran qalib lider, digər tərəfdə öz ölkəsini və xalqını fəlakətə sürükləyən, iqtisadi böhran içərisində çabalamasını şərtləndirən yalançı və avantürist, rəzil bir rəhbər dayanıb: "Bu fərqlilik hər iki tərəfə ünvanlanan «Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz» sualına cavabdan da aydın görünür. Dövlətimizin başçısı İlham Əliyev bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçün isə bu, işğalçı müharibədir. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür.

Bu suala cavabı iradəsini ifadə etdiyi xalq verə bilər. Paşinyan isə erməni xislətinə sadiq qalaraq bu suala cavabında da acizliyini göstərir. Siyasətdən, tarixi reallıqlardan bixəbər olan bir şəxsin Ermənistan kimi kəskin təzadlar ölkəsinə rəhbərlik etməsinin özü uçurumun astanasında dayanmaqdır. Sərbəst sual hər iki ölkənin rəhbərinə həqəqətlərə həqiqətin dili ilə cavab vermək şəraiti yaratdı. Cənab İlham Əliyev tarixə, Azərbaycan həqiqətlərinə faktların dili ilə müraciət etdiyi halda, N.Paşinyan bu imkandan öz avantürasını davam etdirmək üçün fürsət kimi bəhrələndi. Müsahibələr, ümumilikdə, bu qənaətə əsas verdi ki, Rusiya auditoriyası cənab İlham Əliyevin simasında bir tərəfdə təcrübəli, fikirlərini auditoriyaya məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lideri, digər tərəfdə isə özünü itirmiş, zəif mövqe və məhdud potensiala, dar düşüncəyə malik, həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, cılız və miskin Paşinyanı görür.

Ermənistan bu gün təxribatları ilə nəyəsə nail olacağını düşünsə də, bunun sabun köpüyündən başqa bir şey olmadığını dərk edir. Çünki Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi, ordumuzun gücü Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına əminliyi artırır və o gün uzaqda deyil".
"İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb"İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” telekanalına müsahibəsində bildirib.

“Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu bəyan edilir. Onların bəyanatlarında isə bu mülki karqodur. Amma bunun içində “Kornet” (tank əleyhinə silahlar), “Konkurs” (tank əleyhinə silahlar), “İqla” (hava hücumuna qarşı silahlar). Eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yolla alınmış raketlər göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı – red.) rəsmən müraciət etdik ki, ICAO bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir”, - ölkə başçısı söyləyib.
Ermənilər Holokost abidəsini təhqir etdi - FOTOErməni vandallar Holokostun xatirəsinə həsr olunmuş abidəni təhqir ediblər.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu barəbə məlumatı sosial şəbəkənin erməni seqmenti yayıb.

Yəhudi xalqının iztirablarının rəmzi olan bu abidə İrəvanın mərkəzində yerləşir. Holokostun qurbanlarının xatirəsinə ucaldılmış abidə daha əvvəl də bir neçə dəfə təhqirlərə məruz qalıb.

Bu dəfə erməni vandalları onun üzərində qəhvəyi boya ilə nasist simvolunu və erməni dilində "ölüm" sözünü yazıblar.

Qeyd edək ki, son günlər həm Ermənistan KİV-də, həm də sosial şəbəkələrin erməni seqmentində antiisrail çağırışları artıb.
Mətbuat Şurası sosial şəbəkələrdəki təxribatlar barədə müraciət yaydıMətbuat Şurası Ermənistan hakimiyyətinin sosial şəbəkələrdəki təxribatları ilə bağlı müraciət yayıb. Avrasiya.net-ə daxil olan müraciətdə deyilir:

“Sosial şəbəkələr informasiyanı hər kəs üçün əlçatan vasitəyə çevərən geniş platformadır. İstənilən şəxs onun imkanlarından yararlanaraq bilgi yayıcısına çevrilir. Ancaq mövcud reallıqda mənfi təmayüllər də özünü göstərir. Yaşadığımız müharibə şəraitində bunu düşünməli, sosial şəbəkələrdən istifadədə ehtiyatlı davranmalıyıq. Cəbhədən qələbə gözləntilərimiz düşmən təxribatının bizi gözdən salmağa hesablanmış mahiyyətilə ilə zədələnməməlidir.

Ermənistan hakimiyyəti və hərbi dairələri son günlər Azərbaycan əsgərlərinin guya əsir düşmüş ermənilərə, həmçinin meyitlərə qarşı nalayiq, insanlıqdan uzaq tərzdə davrandıqlarının əksini tapdığı saxta, səhnələri qurama xarakter daşıyan video görüntülər dövriyyəyə buraxırlar. Bu görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində, habelə ölkəmizin bəzi kütləvi informasiya vasitələrində yayılır. Ermənistanın terrorçu dairələri və ermənipərəst qüvvələr həmin paylaşımlardan Azərbaycan əsgərini ləkələmək, onun mənfi obrazını yaratmaq üçün istifadə edirlər. Beləliklə nəinki Azərbaycan əsgərinə, ümumilikdə azərbaycanlılara qarşı antipatiya formalaşdırmaq siyasəti yeridirlər.

Azərbaycan Mətbuat Şurası sosial şəbəkələrdə yayılmış bilgilərin informasiya yükü daşıdığını, eyni zamanda kütləvi informasiya vasitələri üçün mənbə rolunu oynaması reallığını nəzərə alaraq, ictimaiyyəti, o cümlədən jurnalistləri cəbhədəki vəziyyətlə bağlı paylaşımlara diqqətli yanaşmağa çağırır. Bu məsələdə jurnalist-cəmiyyət vəhdəti mütləqdir. Birinci işində peşəkar, ikinci yanaşmasında həssas olmalıdır.

Jurnalist peşəkarlığı əldə edilmiş bilgilərin yoxlanılmasına, doğruluğunun rəsmi təsdiqinə söykənir. Obyektiv və operativ informasiya bolluğu cəmiyyətin düzgün istiqamətlənməsində həlledici amildir. Media təmsilçiləri müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində bunu təmin etməyə çalışmaqla yanaşı, cəmiyyətdə yayılmış bilgilərin doğruluğunu yoxlamalı, yanlışlıqlara münasibətdə operativ ictimai və rəsmi reaksiyanın formalaşmasına dəstək göstərməlidirlər.

İndi yalnız jurnalistlər deyil, bütövlükdə cəmiyyət üzvləri, ayrı-ayrı vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına, paylaşımlarına istinad etməlidirlər. Nəzərə alınmalıdır ki, müharibə şəraitində informasiyanın əldə edilməsi və yayılması ilə bağlı bütün məsələlər daha çox strateji əhəmiyyət daşımaqdadır. Bunu hər bir məsuliyyətli Azərbaycan vətəndaşı, hər bir peşəkar media əməkdaşı ciddi şəkildə düşünməlidir.

Xalqımız və dövlətimiz üçün bu taleyüklü günlərdə ön cəbhə ilə yanaşı informasiya cəbhəsi də var və hamımız o cəbhənin əsgərləriyik. Azərbaycan Mətbuat Şurası olaraq mediadan və cəmiyyətdən gözləntimiz intizamlı və məsuliyyətli əsgər olmaqdır. Əminik ki, hər kəs əməli fəaliyyətilə üzərinə düşən vətəndaşlıq missiyasını yerinə yetirəcək, Azərbaycanımızın haqq işinə layiqli töhfəsini verəcəkdir”
Ali Baş Komandan: “Şuşasız bizim işimiz yarımçıq qalar”“Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

“Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, -deyə dövlət başçısı bildirib.