Sizin Reklam Burada

Mətbuat Şurası sosial şəbəkələrdəki təxribatlar barədə müraciət yaydı

Mətbuat Şurası sosial şəbəkələrdəki təxribatlar barədə müraciət yaydıMətbuat Şurası Ermənistan hakimiyyətinin sosial şəbəkələrdəki təxribatları ilə bağlı müraciət yayıb. Avrasiya.net-ə daxil olan müraciətdə deyilir:

“Sosial şəbəkələr informasiyanı hər kəs üçün əlçatan vasitəyə çevərən geniş platformadır. İstənilən şəxs onun imkanlarından yararlanaraq bilgi yayıcısına çevrilir. Ancaq mövcud reallıqda mənfi təmayüllər də özünü göstərir. Yaşadığımız müharibə şəraitində bunu düşünməli, sosial şəbəkələrdən istifadədə ehtiyatlı davranmalıyıq. Cəbhədən qələbə gözləntilərimiz düşmən təxribatının bizi gözdən salmağa hesablanmış mahiyyətilə ilə zədələnməməlidir.

Ermənistan hakimiyyəti və hərbi dairələri son günlər Azərbaycan əsgərlərinin guya əsir düşmüş ermənilərə, həmçinin meyitlərə qarşı nalayiq, insanlıqdan uzaq tərzdə davrandıqlarının əksini tapdığı saxta, səhnələri qurama xarakter daşıyan video görüntülər dövriyyəyə buraxırlar. Bu görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində, habelə ölkəmizin bəzi kütləvi informasiya vasitələrində yayılır. Ermənistanın terrorçu dairələri və ermənipərəst qüvvələr həmin paylaşımlardan Azərbaycan əsgərini ləkələmək, onun mənfi obrazını yaratmaq üçün istifadə edirlər. Beləliklə nəinki Azərbaycan əsgərinə, ümumilikdə azərbaycanlılara qarşı antipatiya formalaşdırmaq siyasəti yeridirlər.

Azərbaycan Mətbuat Şurası sosial şəbəkələrdə yayılmış bilgilərin informasiya yükü daşıdığını, eyni zamanda kütləvi informasiya vasitələri üçün mənbə rolunu oynaması reallığını nəzərə alaraq, ictimaiyyəti, o cümlədən jurnalistləri cəbhədəki vəziyyətlə bağlı paylaşımlara diqqətli yanaşmağa çağırır. Bu məsələdə jurnalist-cəmiyyət vəhdəti mütləqdir. Birinci işində peşəkar, ikinci yanaşmasında həssas olmalıdır.

Jurnalist peşəkarlığı əldə edilmiş bilgilərin yoxlanılmasına, doğruluğunun rəsmi təsdiqinə söykənir. Obyektiv və operativ informasiya bolluğu cəmiyyətin düzgün istiqamətlənməsində həlledici amildir. Media təmsilçiləri müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində bunu təmin etməyə çalışmaqla yanaşı, cəmiyyətdə yayılmış bilgilərin doğruluğunu yoxlamalı, yanlışlıqlara münasibətdə operativ ictimai və rəsmi reaksiyanın formalaşmasına dəstək göstərməlidirlər.

İndi yalnız jurnalistlər deyil, bütövlükdə cəmiyyət üzvləri, ayrı-ayrı vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına, paylaşımlarına istinad etməlidirlər. Nəzərə alınmalıdır ki, müharibə şəraitində informasiyanın əldə edilməsi və yayılması ilə bağlı bütün məsələlər daha çox strateji əhəmiyyət daşımaqdadır. Bunu hər bir məsuliyyətli Azərbaycan vətəndaşı, hər bir peşəkar media əməkdaşı ciddi şəkildə düşünməlidir.

Xalqımız və dövlətimiz üçün bu taleyüklü günlərdə ön cəbhə ilə yanaşı informasiya cəbhəsi də var və hamımız o cəbhənin əsgərləriyik. Azərbaycan Mətbuat Şurası olaraq mediadan və cəmiyyətdən gözləntimiz intizamlı və məsuliyyətli əsgər olmaqdır. Əminik ki, hər kəs əməli fəaliyyətilə üzərinə düşən vətəndaşlıq missiyasını yerinə yetirəcək, Azərbaycanımızın haqq işinə layiqli töhfəsini verəcəkdir”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər