16 okt 17:17dunya

Hindistan və Çin arasında faktiki nəzarət xətti məsələsi

Hindistan və Çin arasında faktiki nəzarət xətti məsələsiSözçünün açıqlaması:

Diqqətinizi 12 oktyabr tarixində keçirilmiş yüksək vəzifəli komandirlərinin danışıqlarının 7-ci mərhələsindən sonra verilmiş ortaq mətbuat açıqlamasına yönəltmək istəyirəm. Bu, əvvəlki mərhələdən sonra verilən ikinci ortaq mətbuat açıqlamasıdır.

Mətbuat açıqlamasında da göstərildiyi kimi, danışıqlar müsbət və konstruktiv şəkildə keçdi. Hər iki tərəf digərinin mövqeyini daha yaxşı başa düşür. Qoşunların geri çəkilməsi hər iki tərəfin qoşunlarının faktiki nəzarət xəttinin müvafiq məntəqələrində yerləşən daimi ordugahlarına doğru yenidən yerləşdirilməsini tələb edən mürəkkəb bir prosesdir.

Buna nail olmaq üçün hər iki tərəf, rəhbərliyimizin nəzarəti altında fikir ayrılıqlarının mübahisələrə çevrilməməsi və qarşılıqlı olaraq məqbul həll yolunun tapılması istiqamətində faktiki nəzarət xətti boyunca olan toqquşmanın baş verdiyi bütün bölgələrdə qoşunların tamamilə geri çəkilməsi və Hindistan-Çin sərhəd bölgələrində sülh və əmin-amanlığın bərpa olunması üçün mövcud əlaqə sürətini qoruyub saxlayacaq.

Hindistan səfirliyinin mətbuat xidməti
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.