Sizin Reklam Burada

Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik

Ordumuzun uğurlu əməliyyatları davam edir - PolkovnikSilahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı altında zəfər yürüşümüz davam edir və uğurlarımız var.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında polkovnik Elşad Əbilov deyib.

O bildirib ki, uğurlarımız davam etməkdədir və son nəticədə Azərbaycan Ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək:

“Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi pozmaqda davam edir, şəhər və kəndlərimiz dəfələrlə atəşə məruz qalıb, mülkü vətəndaşlarımız həlak olub. Azərbaycan Ordusu humanitar atəşkəs qaydalarına ciddi riayət edir, Ermənistanın heç bir şəhər və kəndinə, mülki əhaslisinə atəş açmır.

Azərbaycan sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, belə də davam edəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər