Ermənistan itkilərinin yeni siyahısını açıqladıErmənistan Müdafiə Nazirliyi Qarabağda verdiyi yeni itkilərini açıqlayıb.

Axar.az xəbər verir ki, düşmən ölkə bu gün yaydığı ikinci siyahıda Qarabağda daha 45 əsgər itirdiyini bildirib və onların ad-soyadını açıqlayıb.

Bununla da Ermənistan ordusunun döyüşlərdə itkilərindən 525-nin adını açıqlamış olub.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri itkilərin minlərlə olduğunu bildirir. Ermənistan MN isə itkin və döyüş meydanında qalan əsgər meyitlərinin sayını bilmədiyini etiraf edib.
Gəncəyə endirilən zərbə terror yox, hərbi cinayətdirGəncədə mülki əhaliyə qarşı hərbi cinayət törədilməsini xalqımız qəzəblə qarşılayıb. Bəzi hallarda bu cinayət əməlini yanlış olaraq terror adlandırırlar. Qeyd etmək lazımdır ki, bu cur hüquqi terminlər işlədərkən ehtiyatlı olmaq və rəsmi dövlət orqanları, prokurorluq orqanları tərəfindən hazırlanmış məlumatlarda yer almış terminalogiyadan istifadə etmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib. O bildirib ki, terrorçuluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində təsbit olunmuş İctimai Təhlükəsizlik Əlehinə olan Cinayətlər Fəslinə aidddir:

“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə” olaraq başa düşülür. Lakin müharibə şəraitində mülki əhaliyə qarşı cinayət törədilməsi “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsində göstərilmiş “Döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı” törədilmiş hərbi cinayətdir. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Müharibə Cinayətləri Fəsilinə aid olan 116-cı maddəsində nəzərdə tutulmuş silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətinin tərkibi vardır. Bu cinayətə görə Azərbaycan hərbi cinayət iddiası ilə beynəlxalq məhkəməyə müraciət etmək hüququ qazanır”.
 Kamil Zeynallı həbs edildiErmənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını pozaraq ağır artilleriya və raketlərdən istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını, həmçinin ölkəmizdə hərbi vəziyyətin elan edilməsini nəzərə alaraq dəfələrlə sosial media və digər rəqəmsal platforma istifadəçiləri cəbhəboyu zonada vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğun məlumatında deyilib.

Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.

Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq.
 "Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları soyqırım siyasətidir"İşğalçı ölkənin Gəncəyə ballistik raketlər atması və mülki insanlar arasında dağıntılar törətməsi erməni vandalizminin açıq sübutudur. Ümumiyyətlə müharibə zonasından uzaq əraziləri‚ mülki sakinləri hədəf alaraq atəş açması beynəlxalq qanunlarla ən ağır cinayət əməlidir və terrordur..

Bunu ermənilərin Gəncə şəhərinə raketləri atmasından və mülki sakinləri artilleriya atəşinə tutmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki‚ oktyabrın 10-dan 11-nə keçən gecə erməni terrorçularının müharibə zonasından uzaqda olan Gəncə şəhərinə balistik raketlə zərbə endirməsi və mülki sankinləri qətlə yetirməsi‚ yaşayış evlərini və inzibati binaları dağıtması‚ sivil və dinc insanları hədəfə alması birmənalı olaraq beynəlxalq qanunlarla terror aktıdır və soyqırımı məqsədi güdür. 1949-cu ildə qəbul edilmiş Çenevrə Konvensiyasında göstərilir ki‚ mülki insanlara‚ mülki əhaliyə‚ müharibəyə aidiyyatı olmayan mülki obyektlərə və yaşayış sahələrinə‚ mülki təsərrüfat sahələrinə‚ sivil yerlərə atəş açmaq‚ artilleriya və raket zərbələri endirmək qəti qadağandır və 1949-cu ildə qəbul edilən bu beynəlxalq konvensiyaya‚ beynəlxalq qanunlara əsasən terror aktı və soyqırım cəhdidir.

Qəbul edilmiş bu beynəlxalq hərbi konvensiya zamanda‚ eyni zamanda imkan verir ki‚ terrora və soyqırıma məruz qalan tərəf həmin terror mənbəyini zərərsizləşdirmək üçün məhz beynəlxalq qanunlarla əməliyyatlar həyata keçirtsin və öz ərazi bütövlüyünü‚ mülki əhalinin təhlükəsizliyini qorusun. Konvensiya bəyan edir ki‚ hər bir ölkə öz ərazi bütövlüyünü‚ suverenliyini‚ dövlət təhlükəsizliyini‚ mülki sakinləri‚ mülk yaşayış yerlərini hədəf alan və onlara qarşı kütləvi dağıntılar həyata keçirən‚ kütləvi qətliamlar törədən‚ mülki əhaliyə atəş açan hərbi cinayətkarlara və terrorçulara qarşı özünü müdafiə məqsədilə açıq hərbi əməliyyat həyata keçirtmək hüququna malikdir. Ermənistanın Azərbaycanın Gəncə şəhərinə və bir çox şəhər və rayonlara‚ müharibədən uzaq olan ərazilərə ballistik raketlər atması‚ mülki sakinləri‚ insanların kütləvi yaşayış yerlərini‚ əhalini və mülki evləri‚ təsərrüfat sahələrini artilleriya atəşinə tutması beynəlxalq qanunlara əsasən terror aktlarıdır və soyqırım faktıdır. Hazırda ermənistan rəhbərliyi Azərbaycan xalqına qarşı soyqırım siyasətini davam etdirir. Bu məqsədlə kütləvi dağıntılara səbəb olacaq ağır artilleriya zərbələri və ballistik raketlərlə Azərbaycanın mülki sakinkərinin yaşadığı əraziləri atəşə tutaraq terror və soyqırım aktları həyata keçirir. Bu hal beynəlxalq qanunlarla və Cenevrə Konvensiyasına əsasən hərbi cinayətdir.

Yenə də‚ məhz beynəlxalq qanunlara və Cenevrə Konvensiyasına əsasən hərbi cinayət‚ terror əməli və ən ağır cinayət hesab edilir. Cenevrə Konvensiyası öz bəndlərində bəyan edir ki‚ mülki əhaliyə‚ müharibəyə aidiyyatı olmayan sivil insanlara‚ mülki yaşayış yerlərinə atəş açmaq‚ kütləvi dağıntılar həyata keçirtmək‚ mülki insanlara və mülki əhaliyə qarşı qətliam həyata keçirtmək‚ onlara maddi və mənəvi ziyanlıq vurmaq‚ təsərrüfat və yaşayış yerlərini dağıtmaq‚ mülki əhalinin öz yaşayış yerini zorla tərk etməsinə‚ öz yaşayış yerindən didərgin düşməsinə səbəb olmaq beynəlxalq qanunlarla hərbi cinayət və terror əməlidir ki‚ bu da ən ağır cinayətdir. Konvensiya öz müddəalarında göstərir ki‚ Mülki sakinlərin hədəf alınması bağışlanmaz cinayətdir vş bu halları törədən hər kəs beynəlxalq qanunlar qarşısında mühakimə olunmalıdır. Beynəlxalq qanunlardan göründüyü kimi‚ hətta müharibə vaxtı belə‚ müharibəyə aidiyyatı olmayan mülki insanları‚ mülki yaşayış yerlərini hədəf almaq‚ qəsdən və məqsədli şəkildə onlara atəş açmaq və mülki ərazilərdə kütləvi dağıntılar həyata keçirtmək‚ mülki əhali yaşayan ərazilərə qadağan olunmuş ballistik raketlər atmaq bağışlanmaz cinayətdir. İşğalçı və quldur ermənistan rejimi ölkəmizə qarşı terror aktları‚ hər formada hərbi təxribatlar‚ mülki əhaliyə qarşı soyqırım siyasəti həyata keçirtməklə bu ağır və bağışlanmaz cinayətlərə imza atıb.

Hazırda ermənistan beynəlxalq qanunlarla mühakimə olunmalıdır. Eyni zamanda Azərbaycan bu münaqişədə terrora‚ hərbi təcavüzə və soyqırım aktına məruz qalan tərəf olduğu üçün‚ haqqlı olaraq özünü müdafiə xarakterli‚ ərazi bütövlüyünü‚ mülki sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə terorçuları və hərbi cinayətkarları zərərsizləşdirmək üçün geniş tərkibki anti-terror və hərbi əməliyyat aparmaq və ermənistanın içərilərinə doğru irəliləyərək‚ ölkəmizi‚ sivil insanlarımızı hədəf alaraq atəşə tutan hərbi obyektləri dağıtmaq və zərərsizləşdirmək hüququna malikdir. Bu hüququ Azərbaycana beynəlxalq qanunlar və Cenevrə Konvensiyası verir. Ümumiyyətlə dünya praktikasında bu tendensiya vardır‚ əgər bir ölkənin ərazisindən digər ölkənin mülki sakinləri hərbi və siyasi məqsədlərlə atəşə tutularaq teror aktkarı həyata keçirilirsə və yaxud hansısa terrorist qüvvələr terror aktı həyata keçirib başqa bir ölkədə gizlənirsə‚ terrorçuları zərərsizləşdirmək və özünü qorumaq məqsədilə o ölkəyə terrorçuları təqib məqsədilə daxil olmaq hüququ vardır.

2001-ci ildə ABŞ rəhbərliyindəki Koalisiya qüvvələri ƏL-Qaidəni və Talibanı zərərsizləşdirmək üçün Əfqanıstana daxil oldu‚ 2003-cü ildə Kimyəvi silahları zərərsizləşdirmək üçün ABŞ rəhbərliyindəki Koalisiya qüvvələri İraqa daxil oldu‚ 2011-ci ildə ABŞ Ben-Ladeni ələ keçirtmək və zərərsizləşdirmək üçün Pakistanda hərbi əməliyyat keçirtdi‚ daha sonra 2014-cü ildə Suriya və İraqda yenə də İŞİD-i və digər teror ocaqlarını zərərsizləşdirmək üçün ABŞ və Koalisiya qüvvələri hərbi əməliyyatlara başladı. Qardaş ölkə olan Türkiyə Afrində‚ İdlibdə Şimali İraqda və Suriya ərazilərində PKK terrorçuçarını zərərsizləşdirmək üçün hərbi əməliyyatlar həyata keçirtdi‚ həmçinin İranın özü terrorçulara qarşı mübarizə aparmağı bəhanə gətirərək Suriya və İraqda hərbi əməliyyatlardadır‚ eləcə də Rusiya Qroznuda anti-terror məqsədilə ağır hərbi əməliyyatlar həyata keçirib.

Artıq dünya praktikasında terorçuları və zərər verici qüvvələri zərərsizləşdirmək üçün başqa ərazilərə daxil olmaq tendensiyası çoxdan mövcuddur. Beləcə‚ Azərbaycan da hücuma‚ terrora və soyqırıma məruz qalan ölkə olaraq çoxdan bu hüququ əldə edib.
Ya dünya birliyi təcavüzkarı və cinayətkarı mühakimə etməli‚ Azərbaycan ərazisindən çıxarmalı‚ mülki sakinlərimizin atəşə tutulmasını dayandırmalı və işğalçı ölkəyə qarşı ağır sanksiyalar tətbiq etməli‚ ya da Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz hüququnu qoruyacaq və özünü müdafiə və mülki sakinlərin təhlükəsizliyini‚ ərazi bütövlüyünü qorumaq məqsədilə lazımı cavab əməliyyatları olacaq və olmalıdır da. Terroristlə ancaq onun anladığı və başa düşdüyü dillə danışmaq lazımdır.

Dünya birliyi‚ bir çox ölkələr‚ Rusiya‚ İran‚ Fransa‚ Almaniya‚ həmçinin beynəlxalq təşkilatlar‚ Avropa Birliyi‚ ATƏT-in Minsq Qurupu‚ BMT Təhlükəsizlik Şurası sülh danışıqlarının və Atəşkəs rejiminin bərpa olunmasının çağırışlarını edirdilər‚ Rusiyada Xarici İşlər Nazirlərinin üçlü görüşündə imzalanan sənədə belə erməni terrorçuları məhəl qoymadılar‚ atəşkəs rejimini pozdular‚ sülh danışıqlarının başlanması ehtimallarının üzərindən birdəfəlik xətt çəkdilər‚ heç Beynəlxalq Qırmızı Komitəsinin nümayəndələri döyüş bölgəsini tərk etməmiş‚ ermənilər atəşkəsi pozdular və təxribat həyata keçirtdilər‚ Gəncəni və digər mülki əraziləri irimiqyaslı və ballistik raketlərlə hədəf alaraq kütləvi dağıntılar törətdilər. Dinc sakinləri atəşə tutdular. erməni təxribatları və mülki yaşayış yerlərinə kütləvi dağıntı silahlarının‚ ballistik raketlərinin atılması‚ baş verən ölümlər və kütləvi dağıntılar nəticəsində Azərbaycana ağır maddi və mənəvi ziyan dəymişdir. Azərbaycana külli miqdarda maddi ziyan dəyib. Artıq dünya birliyi Azərbaycanla terrorist ermənistan arasında sülh danışıqlarından‚ atəşkəs rejiminin bərpasından və terroristlərlə masa arxasına oturmaqdan danışa bilməz.

Sülh danışıqlarına getmək‚ atəşkəs elan eləmək ermənistana güzəşt düməkdir və düşmənə əsla güzəşt etmək olmaz. Hazırda ermənistana ağır ballistik silahlar və raketlər‚ hava hücumundan müdafiə sistemləri daşınır. ermənistan anbaan silahlandırılır. Hal-hazırda Rusiya və İran vasitəsilə ermənistana güclü silahlar və muzdlu döyüşçülər göndərilir. Sülh danışıqları prosesinin başlanması‚ atəşkəs elan olunması və terrorçularla‚ hərbi cinayətkarlarla eyni masaya oturmaq sadəcə ermənistana güc və qüvvə toplamasına xidmət edəcək haldır. Bu isə ölkəmizin daim atəş altında olması deməkdir. İşğalçı və terrorist ermənistan dərhal cəzalanmalıdır. Beynəlxalq qanunlar da bunu tələb edir. İşğalçıya‚ terroristə və cinayətkara heçbir güzəşt oluna bilməz. Dünya birliyi beynəlxalq qanunlara əməl edib ermənistanı dərhal cəzalandırmalıdır.
Erməni milyarderlər Qarabağa silah göndərirRusiyada yaşayan erməni milyarderlər Samvel Karapetyan və Ruben Vardanyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma terrorçu rejimi silahla təmin etmək üçün külli miqdarda pul ayırıblar.

Axar.az xəbər verir ki, Rusiyanın “Taşir” şirkətinin sahibi Samvel Karapetyan 3 milyon dollar, Ruben Vardanyan isə 1 milyon dollar pul verib.

Qeyd edək ki, oktyabrın əvvəlindən başlayaraq, Ermənistana müxtəlif ölkələrdən mülki təyyarələrlə silah daşınır. Hətta 9 oktyabrda Ermənistan XİN rəhbəri Mnatsakanyanın Moskvada keçirilən üçtərəfli görüşdən geri dönərkən özü ilə hökumət təyyarəsində silah gətirdiyi bildirilir. Hazırda da Mnatsakanya Moskvadadır və onun yenidən silah yükü ilə qayıdacağı ehtimalı yüksəkdir.
Gəncəyə raket zərbəsi: ölənlərin sayı artdıXəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.
Prezident növbəti tivit-lərin anonsunu verdi - “Müəyyən müddət sonra elan edəcəyik”“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, - Prezident bildirib.
Moskva görüşünün pərdəarxası: Kreml bunları istəyirAzərbaycan-Türkiyə Hərbi Tədris Mərkəzlərinin açılması ilə bağlı müqavilə imzalanmalı, Türkiyənin ölkəmizdə tamhüquqlu iştirakına şərait yaradılmalıdır. Başqa yol görmürəm. Artıq bu bizim üçün Vətən savaşı, həm də müstəqilliyimizin qorunması mücadiləsidir! Ordumuza güvənirik!

Bu sözləri Axar.az-a ekspert Natiq Cəfərli Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində azad edilən ərazilər haqda danışarkən deyib.

O bildirib ki, Moskva görüşündən öncə İsveçrədə Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşü olmalı idi:

“Maraqlı məqam budur ki, bizim nazir görüşdə iştirak etdiyi halda, Ermənistanın XİN rəhbəri iştirak etmədi. Çünki Kreml belə bir görüşün keçirilməsinə razı ola bilməzdi. Moskva çox narahat idi ki, Qarabağla əlaqəli hansısa sənəd onun nəzarəti altında deyil, Qərbin patronajlığı ilə imzalana bilər.

Rəsmi Moskva Cənubi Qafqazı hər zaman öz “arxa bağçası” hesab edib. Bu mənada nə Türkiyə, nə də Qərbin regiona təsir etməsi ilə barışa bilər. Moskva görüşü bir daha göstərdi ki, Rusiya hələ istədiklərini almayıb”.

Ekspert deyib ki, rəsmi Moskvanın bir neçə istəyi və hədəfi var:

“Birincisi, Rusiya istəyir ki, Paşinyan və komandası tez bir zamanda hakimiyyətdən getsin. Çünki Kremlin gözündə Paşinyan öz ordusunu belə idarə etməkdə aciz, zavallı bir insandır. Bu gün Ermənistan arsenalında olan başda S-300 raketləri olmaqla, bir çox ballistik raketlərin kodları rusiyalı zabitlərin nəzarətindədir.

İkincisi, Azərbaycandan gözlənti Türkiyə ilə bu qədər yaxınlaşmamadır. Digər tərəfdən, Kreml “sülhməramlı” adı altında Rusiya qoşununun Azərbaycana buraxılmasını istəyir. Hər iki tələb qəbuledilməzdir.

Üçüncüsü, bölgədə münaqişə alovlanıb Gəncə, Tovuz, Qazax istiqamətində təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhdid altında olur. Bu, Kremlə çox lazımdır. Onlara Cənub Qaz Dəhlizinin qeyri-sabit olduğunu, Avropaya qazın təminatında problemlər yaranacağını sübut etmək lazımdır. Məhz buna görə BTC hədəfə alınır. Bu təhdidi yaratmaqla Rusiya Şimal Axını-2 layihəsinə təzyiqləri azaldır, o layihəyə sanksiyaların tədbiqini mümkünsüz edir, sanki mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, Şimal Axını-2 layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız”.
Diplomatlar Gəncədə erməni vəhşiliyini gözləri ilə gördüOktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfərə gəliblər.

Avrasiya.net xəbər verir ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilərək bildirilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən biri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə yaşanıb. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan atəşə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Həmçinin 16 qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.

Oktyabrın 12-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində, ümumilikdə, 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1185-dir.

Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Xarici diplomatların erməni faşizmi ilə tanışlığı davam edir.
Qarabağ müharibəsi dünyaya dərs oldu - QrişenkoƏrazi bütövlüyü prinsipi təkcə Qafqazda, Avropada deyil, bütövlükdə dünyada silahlı münaqişələrin yaranmasının qarşısının alınmasında mühüm rol oynayır.

Bu sözləru Axar.az-a açıqlamasında Ukrayna baş nazirinin sabiq müavini, keçmiş Xarici İşlər naziri, politoloq Konstantin Qrişenko deyib.

K.Qrişenkonun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər bir çox dövlətdə narahatlıq doğurur:

“Dağlıq Qarabağ ərazisində baş verən hadisələr əyani şəkildə göstərir ki, bu cür münaqişələri dondurulmuş şəkildə saxlamaq olmaz, çünki “passiv müharibə” istənilən anda ciddi kəskinləşməyə gətirə bilər. Bu aspektdə toqquşmanın səbəblərini, gərginləşməyə təkan verən məqamları diqqətlə araşdırmaq lazımdır”.

Politoloq bildirib ki, Ukrayna və Azərbaycanın beynəlxalq arenada bir-birini dəstəkləməsi son dərəcə vacibdir:

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünün və hazırda nəzarətindən kənarda olan ərazilər üzərində suverenliyinin bərpa edilməsinin zəruriliyini vurğulayır. Bu baxımdan Ukrayna və Azərbaycanın bütün beynəlxalq forumlarda, ümumdünya meydançalarında bir-birini dəstəkləməsi son dərəcə vacibdir. Ona görə də biz bu prinsipin qorunması üçün qətiyyətlə çıxış etməliyik. Həm beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edilməlidir, həm də dünyanın aparıcı dövlətlərinin paytaxtlarında işlər görülməlidir. Düşünürəm ki, qarşılıqlı fəaliyyətin digər formaları da mövcuddur və onlar müzakirə olunmalıdır”.

Dağlıq Qarabağdakı vəziyyətin Ukraynanın şərqindəki münaqişə ilə bənzərliyini diqqətə çatdıran Qrişenko ölkələr arasında fərqlərin olduğunu da vurğulayıb:

“Dağlıq Qarabağ münaqişəsi və Donbasda qarşı-qarşıya duran tərəflərin potensialı tamamilə fərqlidir. Hər iki halda ərazi bütövlüyü məsələsinin həll edilməməsinə səbəb kimi süni şəkildə şişirdilən məsələlər konkret təkliflər vasitəsilə aradan qaldırılmalıdır. Müttəfiq rolunu oynayan təşkilatlar tərəfindən hüquqi zəmanət kompleksi müəyyən olunmalıdır. Burada əsas məqsəd xarici qoşunların işğal altındakı ərazilərdən çıxarılması olmalıdır. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi əvvəlki vəziyyətə qayıtmaqla yekunlaşa bilməz. ATƏT-in Minsk Qrupu status-kvonun saxlanılmasına deyil, beynəlxalq hüququn baza prinsiplərinə əsaslanan siyasi qərarların axtarışına diqqət yetirməlidirlər. Əgər Rusiya, ABŞ və Fransa real olaraq Azərbaycan və Ermənistanla birgə əməkdaşlıq edəcəklərsə, düşünürəm ki, nəhayət, problemi ölü nöqtədən tərpənmək mümkün olacaq”.