Sizin Reklam Burada

Qeyts korona üzərində son qələbə şərtini açıqladı

Qeyts korona üzərində son qələbə şərtini açıqladı“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətin COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq.

"İnsanların normal həyata qayıdışı üçün yeganə yol super effektivli və əlçatan vaksinin alınmasıdır", - Qeyts bildirib.

“Microsoft”un banisi hesab edir ki, kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.

Daha əvvəl Qeyts koronavirus pandemiyasının 2022-ci ildə bitə biləcəyini söyləyib. O, bunun COVID-19-a qarşı peyvəndlərin 2021-ci ildə istifadəsinə başlanılması ilə şərtləndirib. Milyarderin fikrincə, peyvəndləri yoxsul ölkələr üçün əl çatan etmək zəruridir.

"Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq", - “Microsoft” şirkətinin banisi qeyd edib.

Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək vacibdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər