Sizin Reklam Burada

Gəncə teraktının əmrini kim verib? - Korotçenko

Gəncə teraktının əmrini kim verib? - KorotçenkoErmənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu və nəticədə 9 dinc sakinin həlak olması təsadüfi bir hərbi səhv ola bilməz. Bu, İrəvan tərəfindən planlaşdırılmış bir terror aktı və ya hərbi cinayətdir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Gəncə hücumu öncədən planlaşdırılıb, təsdiqlənib və sanksiyalaşdırılıb:

“Bu, sadəcə atəşkəs sazişinin imzalanmasından bir gün sonra öhdəlikləri kobud şəkildə pozmaq deyil. Məğzindən asılı olaraq, bu, ya hərbi cinayətdir, ya da beynəlxalq terror aktı. Hərbi əməliyyatlar artilleriya və ya reaktiv yaylım atəşi sistemləri vasitəsilə aparıldığı zaman mərmilərin yön dəyişməsi səbəbiylə qeyri-hərbi hədəflərin məhv olması istisna edilmir. Lakin Gəncəyə atılan ballistik raketlərə uçuş tapşırığı və zərbənin vurulduğu yerin koordinatları öncədən qeyd olunur”.

Ekspert, həmçinin zərbənin müəllifinin araşdırılmasının zəruri olduğunu da qeyd edib:

“İrəvan rəsmi Bakıyla imzalanan atəşkəsi artıq məhv edərək dinc Azərbaycan əhalisinə qarşı həyasızca və qəsdən hücumlar edir. Buna bəraət qazandırmaq olmaz! Faktlar araşdırılmalı və hücum təşkilatçıları beynəlxalq tribunala cəlb edilməlidir. Digər tərəfdən hücum əmrinin kim tərəfindən verildiyinə aydınlıq gətirilməlidir. Əgər əmr Paşinyan tərəfindən verilibsə, o, beynəlxalq tribunalda İkinci Dünya müharibəsində etdiklərinə görə məsuliyyət daşıyan insanlardan fərqlənmir”.

Korotçenko Paşinyandan savayı hücum əmrini müdafiə naziri Tonoyanın verə biləcəyini də istisna etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər