Sizin Reklam Burada

Məsuliyyət Rusiyanın üzərindədir - ALDP sədri

Məsuliyyət Rusiyanın üzərindədir - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Baku News-a müsahibə verib.

-Fuad müəllim, Azərbaycan ordusu anti-terror əməliyyatlarına başlıyaraq işğalda olan bir neçə kəndi azad edib. Ermənilərin bir neçə alayı, raket kompleksləri tam məhv edib, silah-sürsat və çoxlu sayda hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib. Bütün bu uğurlara baxmayaraq oktyabrın 10 -u humanitar atəşkasa razılıq verir. Nə dərəcədə bu bizə lazım idi?

-Bəli, Azərbaycan ordusu əks-hücum nəticəsində işğalda olan 30-dan çox kəndi azad edib. Düşmən hərbi texnikanı döyüş meydanında qoyub qaçıb. Onların minlərlə əsgər və zabitlər məhv edilib. İndi sual verirsiz ki bu humanitar atəşkasa getmək lazım idi yoxsa yox? Birincisi, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu birmənalıdır. İkincisi, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşıb. İndi biz razılıq verməsəydik, onda ermənilər və onları dəstək verən ölkələr Azərbaycanı “antihumanist” ölkə adlandıraraq, ordumuzun bütün cəbhə boyu əldə olunan nailətlərə baxmayaraq, təzyiqlər edib geri çekilməyə məcbur edəcəkdilər. Azərbaycan bu addımı ilə buna imkan vermədi.

-Amma “atəşkəs” deyib yalvaran erməni, heç bir saat keçməmiş erməni tərəfi atəşkəsi pozdu, döyüş mövqelərinə yeni hücumlar etdilər və gecə saat 2 radələrində Gəncə şəhərinin yaşayış binalarını raket atəşinə tutdular.

-Buna adekvat cavab veriləcək. Heç şübhəniz olmasın. Həm hərbi cavab olacaq, həmdə diplomatik. Biz haqq yolundayıq. Azərbaycan ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək. Ermənilər tərəfindən atəşkasın pozulmasına, dinc əhalinin həlak olduğuna, yararlı olmasına görə məsuliyyəti bir başa Rusiyanın üzərindədir. Çünki onlar bu atəşkasın pozulmamasına görə, hər iki tərəf üçün qarant olublar. Və əgər ermənilər bunu pozublarsa, deməli bunun məsuliyyətini Rusiya daşıyır. Bununla da tam aydın olur ki, artıq Ruasiya Ermənistanı tam nəzarət edə bilmir. Paşınyan xuntası Moskvanı saymır və başqa qüvvələrin nəzarəti altındadır.

-Gəncə şəhərində ermənilərin raket bombalanması nəticəsində onlarla həlak və yüzlərlə yaralı dinc vətəndaşlarımız oldu...


-Bu namərd erməni düşməndən başqa nə gözləmək olardı?! Gəncə şəhərində baş verən hadisəni azərbaycanlıların soyqırımı kimi qiymətləndirirəm. Bununla bağlı xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyaları məlumatladırmışıq. Onlardan işğalçı erməni terroristlərin torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatları barəsində və Gəncə şəhərində mülki şəxslərə qarşı hücumu Cenevrə Konvensiyasının pozulması haqqında məlumatları öz ölkələrində çatdırılmasını xahiş etmişik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər