Sizin Reklam Burada

Qarabağ müharibəsi dünyaya dərs oldu - Qrişenko

Qarabağ müharibəsi dünyaya dərs oldu - QrişenkoƏrazi bütövlüyü prinsipi təkcə Qafqazda, Avropada deyil, bütövlükdə dünyada silahlı münaqişələrin yaranmasının qarşısının alınmasında mühüm rol oynayır.

Bu sözləru Axar.az-a açıqlamasında Ukrayna baş nazirinin sabiq müavini, keçmiş Xarici İşlər naziri, politoloq Konstantin Qrişenko deyib.

K.Qrişenkonun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər bir çox dövlətdə narahatlıq doğurur:

“Dağlıq Qarabağ ərazisində baş verən hadisələr əyani şəkildə göstərir ki, bu cür münaqişələri dondurulmuş şəkildə saxlamaq olmaz, çünki “passiv müharibə” istənilən anda ciddi kəskinləşməyə gətirə bilər. Bu aspektdə toqquşmanın səbəblərini, gərginləşməyə təkan verən məqamları diqqətlə araşdırmaq lazımdır”.

Politoloq bildirib ki, Ukrayna və Azərbaycanın beynəlxalq arenada bir-birini dəstəkləməsi son dərəcə vacibdir:

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünün və hazırda nəzarətindən kənarda olan ərazilər üzərində suverenliyinin bərpa edilməsinin zəruriliyini vurğulayır. Bu baxımdan Ukrayna və Azərbaycanın bütün beynəlxalq forumlarda, ümumdünya meydançalarında bir-birini dəstəkləməsi son dərəcə vacibdir. Ona görə də biz bu prinsipin qorunması üçün qətiyyətlə çıxış etməliyik. Həm beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edilməlidir, həm də dünyanın aparıcı dövlətlərinin paytaxtlarında işlər görülməlidir. Düşünürəm ki, qarşılıqlı fəaliyyətin digər formaları da mövcuddur və onlar müzakirə olunmalıdır”.

Dağlıq Qarabağdakı vəziyyətin Ukraynanın şərqindəki münaqişə ilə bənzərliyini diqqətə çatdıran Qrişenko ölkələr arasında fərqlərin olduğunu da vurğulayıb:

“Dağlıq Qarabağ münaqişəsi və Donbasda qarşı-qarşıya duran tərəflərin potensialı tamamilə fərqlidir. Hər iki halda ərazi bütövlüyü məsələsinin həll edilməməsinə səbəb kimi süni şəkildə şişirdilən məsələlər konkret təkliflər vasitəsilə aradan qaldırılmalıdır. Müttəfiq rolunu oynayan təşkilatlar tərəfindən hüquqi zəmanət kompleksi müəyyən olunmalıdır. Burada əsas məqsəd xarici qoşunların işğal altındakı ərazilərdən çıxarılması olmalıdır. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi əvvəlki vəziyyətə qayıtmaqla yekunlaşa bilməz. ATƏT-in Minsk Qrupu status-kvonun saxlanılmasına deyil, beynəlxalq hüququn baza prinsiplərinə əsaslanan siyasi qərarların axtarışına diqqət yetirməlidirlər. Əgər Rusiya, ABŞ və Fransa real olaraq Azərbaycan və Ermənistanla birgə əməkdaşlıq edəcəklərsə, düşünürəm ki, nəhayət, problemi ölü nöqtədən tərpənmək mümkün olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər