
Modern.az “Bloknot Volqoqrad”a saytına istinadən xəbər verir ki, Belarusa qaçmaq istəyərkən Smolensk şəhərində tutulan 22 yaşlı şübhəli Vitali Vasilyevin yaxalanmasında çevrəsindən olan şəxslərin önəmli köməyi olub
Belə ki, onlar polisə zəng edərək azərbaycanlı tələbəni Vladimir Vasilyevin törətdiyini deməklə onun şəxsiyyətinin müəyyənləşməsində yardımçı olublar.
“Vladimiri onun dostlarının yardımı ilə yaxalamaq mümkün oldu. Vladimir Vasilyev digər millətlərə nifrət təbliğ edən təşkilatın üzvü olub. Nəticədə, o, qeyri-rus millərindən olan biri öldürmək qərarına gəlib. O. Timuru seçərək onun arxasınca gedib, qaranlıq yerdə ona hücum edərək bıçaqlayıb”-deyə istintaqdakı mənbə jurnalistlərə məlumat verib.
22 yaşlı Vladimir Vasilyevin heç yerdə oxumadığı və işsiz olduğu, cinayət baş verənə qədər Timur Qavrilovu tanımadığı da söylənilir. Hazırda Volqoqrad məhkəməsi Timur Qavrilov barəsində avqustun 21-nə qədər həbs qəti imkan tədbiri seçərək barəsində "qəsdən adam öldürmə" maddəsi ilə iş açıb.
17 yaşlı Timur Qavrilov Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn olunub.