Sizin Reklam Burada

AKİ ssenari müsabiqəsinə buraxılan ssenarilərin siyahısını elan edib

AKİ ssenari müsabiqəsinə buraxılan ssenarilərin siyahısını elan edibBu ilin 7 yanvar tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsi elan edib. Müsabiqənin əsas məqsədi
Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolunun salnaməsini ekran dilinə çevirməklə yanaşı, həmçinin gənc nəslə onların nailiyyətlərini çatdırmaq, eyni zamanda sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir.

Qeyd edək ki, müsabiqəyə 20-yə yaxın ssenari təqdim olunub. Müsabiqəyə buraxılan ssenarilərin siyahısını (əlifba sırası ilə) təqdim edirik:

“Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)

“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov)

“Mamed” (Seymur Elsəvər )

“Next” (Çingiz Rəsulzadə)

“Sadəcə Emin…” (Günel Mehri)

“Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)

“Tənha” (Ruslan Mollayev)

“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə)

Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 12 iyun tarixli iclasında müsabiqənin münsiflər heyətinin tərkibi də təsdiq olunub:
Rüstəm İbrahimbəyov (sədr), Vaqif Azəryar, Cəmil Fərəcov, Oleq Səfərəliyev, Əli İsa Cabbarov.
Müsabiqə qaliblərinin adının 2 avqust - Milli Kino Günündə təşkilat komitəsi tərəfindən elan edilməsi planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər