Telefonunuza bu SMS gəlsə, aldanmayın! - Foto

Telefonunuza bu SMS gəlsə, aldanmayın! - FotoSosial şəbəkələrdə kimliyi bəlli olmayan bir şəxsin “Azercell” abonentlərini aldatması ilə bağlı məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, sözügedən şəxs əvvəlcə abonentlərin nömrələrinə “Hörmətli abonent! 0505129024 nömrəli abonent sizin balansınıza 5 AZN yükləmişdir” məzmunlu SMS göndərir. Daha sonra isə həmin abonentə zəng edərək, səhvən 5 AZN göndərdiyini və vəsaiti geri qaytarmasını xahiş edir.

Abonentlərin bəzisi isə yuxarıda qeyd edilən mesajın həqiqətən “Azercell”dən gəldiyini düşünərək, bu dələduzların nömrəsinə 5 AZN məbləğində vəsait göndərirlər.

Sosial şəbəkə istifadəçiləri “Azercell”i bununla bağlı tədbir görməyə çağırıblar.
Telefonunuza bu SMS gəlsə, aldanmayın! - Foto