Sizin Reklam Burada

“Vərəm peyvəndinə görədir” deyirdi: indi nə hiss keçirir?

“Vərəm peyvəndinə görədir” deyirdi: indi nə hiss keçirir?Hökumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir. Görəsən, indi hansı hissləri keçirirlər?

Avrasiya.net xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, insanlarımızın bir qismi bu tipli məsuliyyətsiz açıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı:

“Hələ o zaman mən bəyanatla çıxış etdim ki, ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materialları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona görə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı. Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər