İran bəyan etdi: Turist qəbulu başlayırİran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır vəziyyətdə olacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Turizm nazirinin müavini Vəli Teymuri çıxış edib.

O qeyd edib ki, İran beynəlxalq sərhədlərin açılması istiqamətində işlərə başlayıb:

"Ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb".
"İlham Əliyev 29 ölkəyə yardım edib, bu da milyonlarla insan deməkdir"“İlham Əliyev 29 ölkəyə yardım edib. Bu da milyonlarla insan deməkdir. ”

Iyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxanların açılışında iştirak etdi. Azərbaycanın koronavirus pandemiyasına qarşı müabarizə mərhələsi ilə bağlı geniş nitq söyləyən prezident İlham Əliyevin çıxışı ölkənin tanınmış siyasətçiləri təfərindən müüsbət xarakterizə olunur.

Bununla bağlı Avrasiya.net-ə saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, çox mühüm hadisənin şahidi olduq: ”İlk öncə cəmiyyətə çox vacib bir məqamı aşılamaq istəyirəm. Bütün dünyanın gözləmədiyi fevralın 11-də elan edilmiş pandemiya yaxladı.

Gözə görünməyən düşmən. Ən inkişaf etmiş ölkələrinin səhiyyəsini məhv etdi. Qısa müddət ərzində həm ABŞ-da, həm Avropda on minlərlə insan koronovurisun qurbanına çevrildi. Yüz minlərlə insan sağlamlığını itirdi. Belə bir vəziyyətdə Azərbaycan məhz cənab Prezident İlham Əliyevin verdiyi qərarlarla koronovirusa qarşı mübarizəyə qoşuldu. İlham Əliyevin şəxsi nüfuzu ilə ölkəmizə ən vacıb tibbi avandalıqlar, həkimlərin qoruyucu paltarları, masklar daxil edildi, bir necə yüz süni nəfəs aparatları əldə edilib, ölkəmizə gətirildi. Həmin günlərdə dünyada böyük böhran yaranmışdır. Heç bir ölkə adlarını sadaladığəm tibbi avandanlıqları vermirdi.

Bütün bunları ilk günlərdə əldə etmək çoc böyük uğur idi və öz xalqının qorunmasında böyük faktora çevrilmişdir. Daha sonra Prezident öz daxil imkanlarımız hesabına az müddət ərzində modul tipli 10 xəstəxanın tikilməsi ilə bağlı qərar qəbul etdi. Ölkəmizdə maska istehlası 20 gün ərzində həyata keçirildi. Artıq 10 xəstəxanın 4 açlışı olub, iyunun sonuna kimi daha 6 xəstəxana açılaması . Ən maraqlısı odur ki, son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bütün bunlar məhz İlham Əliyevin prezidentlik etdiyi dövrü əhatə edir. Bu səbəndəndir ki, bizim səhiyyəmiz ilk gündən xəstələnmiş şəxslərə kömək edə bildilər.

Bu gün bizim ölkədə 5000 yaxın virus xəstəsi sağlaraq evə buraxılıb. Hal-hazırda 4000 yuxarı xəstəxanalardadır. Sağalanlar yoluxanlardan çoxdur. Bu gün üçün. Digər tərəfdən, sosial yönümlü qərarlar qəbul edildi. Yüz minlərlə azəminatlı ailələrə ərzaq yardımı. 600 mindən çox vətəndaşa 190 manatlıq maliyyə dəstəyi. 60 min çox sahibkara maliyyə dəstəyi göstərildi. Bütün bunları Azərbaycanda məhz İlham Əliyevin verdiyi rasional qərarların sayəsində həyata keçirilib. Dünən bir gündə 3 modul tipli xəstəxananın açlışının şahidi olduq. Bundan qabaq da bir necə müasir və modul tipli xəstəxanalrın açlışının şahidi olmuşuq.

Və demək olar ki, hər gün həm cənab Prezident İlham Əliyev, həm də ölkənin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım ölkəmizin koronavirusla mübarizənin hansı səviyyədə olduğuna dair məlumatlandırılır. Və doğru qərarla nəticəsində bu gün Azərbaycan dünyada virusla mübarizədə öncül dövlətlər sırasındadır. Söhbət virusdan ölüm faktından gedir. “

Niyaməddin Orduxanlının sözlərinə görə, İlham Əliyevin dünənki çıxışında hər kəsə bəlli oldu ki, Azərbaycan dövlətinin 29 ölkəyə yaxından dəstəyi olub: ”Şəxsən mənim üçün qürurverici haldır ki, insanaların ağır durumundan ölkəmiz adından yüz minlərlə insana dəstək olmuşuq. Bilirsiniz bütün bunlar İlham Əliyev faktoruna görədir. Onun insansevərliyi, hümanistliyi, sadəliyi əsasında 29 ölkəyə yaxından dəstək olmuşuq. Bu da yüz minlərlə insanın vurusdan qorunması, sağlamlığının qorunması, ölüm riskinə daxil olmaması kimi qəbul edilməlidir. Bir müddət keçəcək dünya bu virusa da qalıb gələcək. Ancaq milyonlarla insana olunan dəstək, yardım tarixdə əbədi qalacaq.

O xalqlar biləcək ki, ən ağır dövrlərdə onun yardımına Azərbaycanın Prezidenti İlham Əliyev yaxından dəstək verib . Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb, koronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-n fəaliyyəti yüksək qiymətləndirilir, oronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb, Azərbaycanda yeni laboratoriyalar alınmış, hazırda onların ümumi sayı 20-dən çoxdur, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır, Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Ən əsası minlərlə insan xaricdən təxliyə edilib və bu proses qrafik üzrə davam etdirilir. Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilir, Azərbaycanda artıq dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Onlarla bu cür faktları qeyd etmək olar.”

Politoloqun sözlərinə görə, bütün bunları Azərbaycan dövləti özünün daxil imkanalrı hesabına həyata keçirdib:” Bu gün virus aradan qalxmayıb. Virusla mübarizə başqa bir müstəvi keçib. İndi hər bir vətəndaşımız açıq şəkildə virusla mübarizə aparmalıdır. Prezidentin dediyi 3 qaydada əməl etməklə. Maska, məsafə saxlanmalı və gigiyena qaydalrına əməl etməklə. Bunları etməklə virusa 95 % qalib gəlmək olar. Hər bir vətəndaşımız çox məsliyyətli olmalıdır. Düşünürəm ki, əhalimizin böyükbir hissəsi başa düşür ki, Opirativ Qərargakın həfətnin 2 günü karantin rejimi elan etməsi, məhz öz vətəndaşını qorumağa görədir! Axi biz niyə unuduruq ki, 2 aydan artıq evdən bayıra çıxa bilməmişik. İndi hər kəs məsuliyyətli yanaşsa, o 2 günlik qadağa da aradan qaldırılacaq.

Mən buna əminəm ki, ağıllı adamların bütün bunları çox yaxşı başa düşür. Bu gün düşmən və dilənçi Ermənistanda hansı vəziyyətin olduğunun da şahidi oluruq. 2020-ci il iyunun 9-na olan dövrə Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə ölkəmiz qabaqcıl yerlərdədir. Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Nəzərə alınsa ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır.

Bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı belə Azərbaycanda yoluxanların sayından çoxdur. Elə ölkələr var ki, orada əhalinin sayı təxminən Azərbaycandakı kimidir, lakin on minə yaxın insan ölüb. Sonda bir vacib məqama da didqət cəlb etmək istəyirəm. Hər kəs Azərbaycan Prezidentindən nümunə götürməlidir! Vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bu, qapalı şəraitdə mütləqdir. Prezident və Birinci vitse-prezident hər bir vətandaş üçün nümunə göstərir ki, maska taxmaq vacibdir və hər kəs də bundan mütləq şəkildə istifadə etməlidir!”.
Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü, 339 yeni yoluxma - RƏSMİAzərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Prokurorluğun sabiq əməkdaşına cinayət işi açıldıBaş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5 000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub.

Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Daşkəsən RİH-dən açıqlama: Baş prokurora müraciət...Daşkəsən Rayon İcra Hakimiyyətin "İcra başçısının "yaylaq biznesi” haqda maraqlı məlumatlar" başlıqlı xəbərə münasibət bildirib.

Avrasiya.net İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin açıqlamasını təqdim edir:

"Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.

Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra Hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə bu şaiyələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək".
55 nömrəli marşrutun sürücüsü işdən QOVULDUFiziki şəxs Rövşən Salamovun müvəqqəti istismarında olan 55 nömrəli müntəzəm marşrut xətti üzrə (99 LF 648 DQN-lı) avtobusunda sürücü Elmar İbrahimovun sərnişinə qarşı qeyri-etik davranışı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki görüntülərdən də aydın olduğu kimi, sürücü avtobusu yüksək sürətlə idarə edir:

"Buna etiraz bildirən sərnişinə qarşı qeyri-etik ifadələr işlədir, sükan arxasında telefonla danışaraq siqaret çəkir. Daşıyıcı Rövşən Salamov və Elmar İbrahimov məsələ ilə bağlı izahat verilməsi üçün Agentliyə çağırılıb. Hərəkətlərindən peşiman olduğunu bildirən sürücü Elmar İbrahimov sərnişinlərdən üzr istəyib. Daşıyıcının müvafiq əmri ilə Elmar İbrahimov işdən azad edilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı Rövşən Salamova bu cür xoşəgəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib".

Agentlik rəsmisi qeyd edib ki, bu cür qayda pozuntuları törədən, sərnişinlərə qarşı qeyri-etik hərəkətlərə yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcək:

"Eyni zamanda sürücülərinin sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməyən daşıyıcılar daşımalardan kənarlaşdırılacaq".
Azərbaycanda ər keçmiş arvadını yandırdıKürdəmir rayonunda kişi keçmiş arvadını yandırıb.

DİN-in mətbuat xidmətin verilən məlumata görə, hadisə iyunun 9-da qeydə alınıb. Rayonun Muğanlı kəndində kişi keçmiş həyat yoldaşının işlədiyi sahəyə gedərək orada qadını münaqişə zəminində yandırıb.

İstintaq getdiyi üçün tərəflərin kimliyi hələ ki, açıqlanmır.

Zərərçəkən qadın hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birində müalicə olunur. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş ər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisəylə bağlı ilk məlumatı mediapost.az saytı yayıb.
Komitə sədri seçicilərilə onlayn şəkildə görüş keçiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Siyəzənli seçicilərilə görüntülü görüş keçirib.

Deputat video formatında keçirilən növbəti görüntülü görüşün olduqca səmərəli keçdiyini bildirib: "Bildiyimiz kimi son zamanlar dünyanı cənginə alan Covid - 19 pandemiyası Azərbaycandan da yan keçməyib. Lakin buna baxmayaraq cənab Prezident İlham Əliyevin gördüyü qabaqcıl tədbirlər nəticəsində dünya statistikasına nəzər saldıqda xalqımız üçün bir o qədər də faciəvi olmadığını müşahidə edirik".

S.Qurbanov qeyd edib ki, statistikaya nəzər saldıqda Bakı şəhəri və müxtəlif regionlar üzrə ümumilikdə 8191 virusa yoluxan, 4606 sağalan, 3487 müalicə alan və 98 ölüm faktı qeydə alınıb:

"Nəzərinizə çatdırmaq istəyirəm ki, əldə etdiyimiz son məlumatlara görə, Siyəzən şəhərində 30 virus yoluxması olub, bu sayın 12-si ev şəraitində keçirilən yas mərasimində bir neçə nəfər yaxın qohumun sosial məsafəni qorumadıqları üçün virusa yoluxmaqları qeydə alınıb. Ümumilikdə isə Siyəzən şəhərində 30 yoluxmadan 8- i sağalıb, 22-nin isə müalicəsi davam etdirilir. Ölüm faktı qeydə alınmayıb. Nəzərə alsaq ki, 12 nəfərin virusa yoluxması və onların yaxınları ilə aktiv təması daha da çox insanın yoluxmasına şərait yarada bilər, xahiş edirəm, prezidentimiz cənab İlham Əliyevin məsləhətlərinə, o cümlədən, Nazirlər Kabinetinin Operativ Qərargahının tövsiyə və qərarlarına əməl etməklə, sosial məsafəni qorumaqla və digər vasitələrdən istifadə etməklə oz sağlamlığımızı qoruyaq!".
Komitə sədri seçicilərilə onlayn şəkildə görüş keçirib
"Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, təhlükəsizliyi dayanır"Anar Məmmədov
Milli Məclisin deputatı

Azərbaycan dövləti cəmiyyətin müxtəlif təbəqələri üçün mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sosial islahatların həyata keçirilməsini davamlı şəkildə təmin edir
Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin bir hədəfi də müxtəlif sosial qruplara aid vətəndaşların, o cümlədən aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması, sürətlənən urbanizasiya və digər amillər bu məsələni daha da aktual edir. Cənab Prezident İlham Əliyev az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzilə olan tələbinin təmin olunması məsələsini prioritet vəzifə kimi müəyyən edib və bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Hazırda əhalinin mənzil təminatı ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini dövlət dəstəyinə və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil ehtiyaclarının ödənilməsi, bundan əlavə məcburi köçkünlər, əlillər, müharibə veteranları, şəhid ailələri, əhalinin müxtəlif kateqoriyaları üçün ünvanlı mənzillər tikilməsi, dövlət qarşısında xüsusi xidməti olan şəxslərin - mətbuat işçilərinin, mədəniyyət və incəsənət xadimlərinin, idman sahəsində xüsusi nailiyyətləri olan şəxslərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi və digər bu kimi istiqamətlər təşkil edir.

Bu istiqamətə həmçinin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ölkə vətəndaşlarına uzunmüddətli ipoteka, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsini, Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına uyğun qiymətə mənzillərin inşasını və satışının təşkilini də aid etmək olar.

Bildiyiniz kimi, İpoteka və Kredit zəmanət Fondu regionda ipoteka bazarı fondu olmaqla yanaşı, fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuş, verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarında olmuşdur. Belə ki, Fondun ipoteka üzrə minimal faiz dərəcəsi 3,7 faizdən başlayır, orta faiz dərəcəsi isə 6,4 faiz təşkil edir. Eyni zamanda, 25 yanvar 2019-cu il tarixdə, qısa müddət ərzində - cəmi 1 il – ölkə üçün tamamilə yeni bir məhsul, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlanıb, əhalinin istifadəsinə verilmişdir.

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edildi. Fərmanda cənab Prezident tərəfindən Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırıldı. Buna uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməli idi ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar.

Təbii ki fərmandan irəli gələn bütün bu sadalanan məhsulların hər birinin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dünya təcrübəsi də göstərir ki, bu məhsullar, demək olar, bir-birilərini tamamlayır. Belə ki, satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun və yaşayış üçün tam yararlı, müasir, rahat və təmirli mənzillərin alınması vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsini təmin edib. Sevindirici haldır ki, ölkədə tətbiq olunan karantin rejiminə baxmayaraq qısa müddət ərzində yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib.

Qeyd olunanlar bir daha onu göstərir ki, bugün Azərbaycan dövləti cəmiyyətin müxtəlif təbəqələri üçün mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sosial islahatların həyata keçirilməsini davamlı şəkildə təmin edir və adekvat mexanizmlər yaradır. Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, təhlükəsizliyi dayanır.
Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşdü – FOTOLARKəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov onun ünvanına ərizə və teleqramlarla görüş üçün müraciət etmiş Ağdaş, Daşkəsən, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkün seçiciləri ilə Gəncə şəhərində qəbul keçirib.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sosial izolyasiya qaydalarını gözlənilməklə vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, bəzi müraciətlər yerində cavablandırılıb. Digərləri isə aidiyyatı qurumlarla əlaqəli şəkildə araşdırılaraq nəticəsi haqqında məlumat veriləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə koronovirus (Covıd 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə olunub.
Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR