Komitə sədri seçicilərilə onlayn şəkildə görüş keçirib

Komitə sədri seçicilərilə onlayn şəkildə görüş keçiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Siyəzənli seçicilərilə görüntülü görüş keçirib.

Deputat video formatında keçirilən növbəti görüntülü görüşün olduqca səmərəli keçdiyini bildirib: "Bildiyimiz kimi son zamanlar dünyanı cənginə alan Covid - 19 pandemiyası Azərbaycandan da yan keçməyib. Lakin buna baxmayaraq cənab Prezident İlham Əliyevin gördüyü qabaqcıl tədbirlər nəticəsində dünya statistikasına nəzər saldıqda xalqımız üçün bir o qədər də faciəvi olmadığını müşahidə edirik".

S.Qurbanov qeyd edib ki, statistikaya nəzər saldıqda Bakı şəhəri və müxtəlif regionlar üzrə ümumilikdə 8191 virusa yoluxan, 4606 sağalan, 3487 müalicə alan və 98 ölüm faktı qeydə alınıb:

"Nəzərinizə çatdırmaq istəyirəm ki, əldə etdiyimiz son məlumatlara görə, Siyəzən şəhərində 30 virus yoluxması olub, bu sayın 12-si ev şəraitində keçirilən yas mərasimində bir neçə nəfər yaxın qohumun sosial məsafəni qorumadıqları üçün virusa yoluxmaqları qeydə alınıb. Ümumilikdə isə Siyəzən şəhərində 30 yoluxmadan 8- i sağalıb, 22-nin isə müalicəsi davam etdirilir. Ölüm faktı qeydə alınmayıb. Nəzərə alsaq ki, 12 nəfərin virusa yoluxması və onların yaxınları ilə aktiv təması daha da çox insanın yoluxmasına şərait yarada bilər, xahiş edirəm, prezidentimiz cənab İlham Əliyevin məsləhətlərinə, o cümlədən, Nazirlər Kabinetinin Operativ Qərargahının tövsiyə və qərarlarına əməl etməklə, sosial məsafəni qorumaqla və digər vasitələrdən istifadə etməklə oz sağlamlığımızı qoruyaq!".
Komitə sədri seçicilərilə onlayn şəkildə görüş keçirib