Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü, 339 yeni yoluxma - RƏSMİ

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü, 339 yeni yoluxma - RƏSMİAzərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.