Sizin Reklam Burada

Daşkəsən RİH-dən açıqlama: Baş prokurora müraciət...

Daşkəsən RİH-dən açıqlama: Baş prokurora müraciət...Daşkəsən Rayon İcra Hakimiyyətin "İcra başçısının "yaylaq biznesi” haqda maraqlı məlumatlar" başlıqlı xəbərə münasibət bildirib.

Avrasiya.net İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin açıqlamasını təqdim edir:

"Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.

Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra Hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə bu şaiyələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər