Həbsxanada şok: məhkumlar virusu belə yayıb - VideoABŞ-da məhkumların bir-birinə yeni növ koronavirusu yoluxdurması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, məhkumlar həbsxanadan azadlığa buraxılmaq üçün COVİD-19 aşkar edilən məhkumların maska və əşyalarından istifadə edərək virusa yoluxublar.

Qeyd edək ki, məhkumların bir-birinə virusu yoluxdurmaması üçün təcili təxliyə qərarı verilib.

Sözügedən görüntüləri təqdim edirik:
“Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür” - MÜSAHİBƏCavid Şahverdiyev: “Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri yerinə yetirməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır”

Bu günün mövcud pandemiya dönəmi vətəndaş və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin pandemiya ərəfəsində inkişafı və tərəqqəsi üçün vacib olan ən mühüm məqamlar müzakirə olunmaqla çözüm yolları araşdırılır. Pandemiya dönəmi Cəmiyyətdə həllini tələb edən hansı nüansları ortaya çıxara bildi?

Versus.Az xəbər verir ki, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri, jurnalist Cavid Şahverdiyev müsahibəsində bu və ya digər məsələlər ətrafında bir çox nüanslara diqqət çəkib və müəyyən təkliflərlə çıxış edib.

- Cavid bəy, məlumdur ki, ölkəmiz pandemiya dönəmini yaşayır. Belə qeydlər var ki, hazırda ictimai, siyasi, hüquqi, sosial-iqtisadi, mədəni dəyərləri özündə əksetdirən fəaliyyət istiqamətləri mövcud dönəmə uyğun “yeni cəmiyyət modeli”nin qurulması üzərində hesablamalar aparır. Belə bir vaxtda Vətəndaş Cəmiyyətlərinin fəaliyyəti, vətəndaş cəmiyyətlərinin mövcud gücü, potensialı ona öz rolunu oynaması üçün hansı imkanları yaradır?

- Azərbaycanda QHT sektorunun inkişafı prioritet olaraq qəbul edilir və vətəndaş cəmiyyəti institutlarının siyasi-ictimai, sosial-iqtisadi tərəqqidə danılmaz rola malik olduğu birmənalı olaraq qəbul edilir.

Pandemiya zamanında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə gəlincə, deyə bilərəm ki, bu missiyanı QHT-lər layiqincə yerinə yetirməkdədirlər. Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini göz önündədir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü, tövsiyələri ilə ölkənin aparıcı QHT-ləri bu prosesə qoşularaq istiqamətləniblər. Əsas istiqamət də əhalinin düzgün formada maariflənməsidir. Hər bir QHT ayrı-ayrılıqda koronavirusla mübarizədə öz töhfəsini verə bildi. İstər mediada, istər sosial şəbəkələrdə təbliğatlarını apardılar, hətta sosial roliklər hazırlayanlar da oldu. Mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədilə onlayn ümumrespublika konfransı keçirilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşları, eləcə də QHT-lər vəsait köçürüblər. Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlanıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. Hazırda 100-dən artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır. Şura Mətbuat Şurası ilə birlikdə COVİD-19 pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans da keçirib.

Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.

Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.

Qeyd edək ki, Azərbaycanın xeyriyyə kampaniyasının estafetini götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Korona ilə mübarizədə QHT sektorunun dəstəyini sadalamaqla qurtarmaz. QHT-lər müxtəlif vasitələrdən istifadə edilməklə bu mübarizədə öz sözünü deyə biliblər. İstər paytaxtda, istərsə də regionlarda.

- Müasir dövrün tələbinə uyğun olaraq ictimai fikrin, ictimai nəzarətin formalaşması prosesini üzərinə götürən media qurumları, eləcə də QHT-lər bu istiqamətdə hansı əsas nüanslara diqqət yetirməlidir?

- Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək formasıdır. Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri də QHT-lərin formalaşması və inkişafı üçün münbit şəraitin təmin olunmasıdır. Sivil dövlətin vacib atributlarından biri kimi QHT genişmiqyaslı fəaliyyəti Azərbaycan cəmiyyəti üçün də vacibdir. QHT-lər vətəndaş cəmiyyətiinin əsas institutlarından biridir. Hazırda ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və inkişaf etdirmək sahəsində dövlətin imkanlarını genişləndirir. 2008-ci ildən başlayaraq bir sıra yerli QHT-lərə dövlət büdcəsi hesabına qrantların ayrılması da dövlət səviyyəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə göstərilən dəstəyin bariz təcəssümüdür. Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri görməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır.

Bununla yanaşı, çox istərdim ki, bəzi xarici dövlətlərdə olduğu kimi biz də stabil və dayanıqlı əmək haqqı alaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərək. Bizim ölkədə fəaliyyət göstərən QHT-də çalışanların isə daimi maaşları yoxdur. Layihədən layihəyə işçi və əməkdaşlara bir neçə aylıq maaş ödənilir. Vergilərin azaldılması məsələsinə də baxılmalıdır. QHT-lər digər kommersiya strukturları ilə bir tutulmamalıdır.

- Cavid bəy, vətəndaşlarla əlaqəli şəkildə işləyən ictimai birlik olaraq, hüquqi, sosial, iqtisadi sahədə hansı boşluqları görürsünüz. Necə hesab edirsiniz, əsas missiyanı daşıyan vətəndaş öz hüquq və vəzifələrini nə dərəcədə bilir və bu gün onun dövlət quruculuğunda fəal iştirak etməsi üçün hansı təminatı var?

- Hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir. Vətandaş öz hüququnu bilirsə və onun qorunması uğrunda mübarizə aparırsa deməli, o məmur özbaşnalığına qarşı müarizə aparmış olur. Yaxşı bir vətəndaş olmaq üçün ilk növbədə hüququnu bilməlisən. Ölkənin daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir. Hər bir vətəndaşımızın hüququ konstutisiya çərçivəsində qorunur. Amma təəssüflərolsun ki, vətəndaşlarımız öz hüquqlarını belə bilmədiklərindən aldanılırlar, əzilirlər, bəzi məmurların köləsinə çevrilirlər. Hüququnu bilməyən vətəndaş heç vaxt dövlət quruculuğu prosesində iştirak edə bilməz.

Sadaladığınız sahələrin hamısında maariflənmə işi aparılmalıdır. Əhalimiz öz hüquqlarını bilməlidir, istər sosial, istər iqtisadi, istər vətəndaşlıq hüququnu öyrənməlidir. Öz hüququnu bilməyən vətəndaş hər bir çətinliklərlər üzləşə bilər. Hüququ bilmədiyimizdən daha çox məmur özbaşnalığı, süründürməçiliklərlə üzləşirik. Bir çox rayonlarda müxtəlif mövzularda layihələr həyata keçirmişik və əhalinin öz hüquqlarını bilmədiyini görmüşük. Hər bir sahədə əhalimiz maariflənməlidir.

- Maarifləndirməyə bu qədər ehtiyacın olması nə ilə bağlıdır. Bu sahədə geri qaldığımız və maniə yaradan məqamlar nədir: düşüncə, ənənələrin doğurduğu steriatiplər, savadsızlıq və yaxud vətəndaş cəmiyyəti və məsuliyyət anlayışının ölkə üzrə yetərincə əhatə olunmamağı, yaxud xarici təsirlər...

- Bu sahədə daha çox regionlarımız geri qalırlar. Maariflənmə işi regionlarda sürətlənməlidir. Düzdür, QHT-lər bu məsələdə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər, amma istədiyimiz effekti vermir. Ona görə ki, maariflənmə prosesini təkcə QHT-lər həyata keçirməməlidir. Öz təcrübəmdən misal çəkim. Milli mənəvi dəyərlərimiz, uşaq hüquqlarının qorunması, vətənpərvərlik və s. mövzularla bağlı şimal bölgəsində layihələr həyata keçirmişik. Minlərlə buklet, kitabça paylamışıq. Çatmayıb, öz hesabımıza yenidən çap etdirib regionlara dağıtmışıq. Tələbatın artmasına təsir edən səbəblərdən biri, əhalinin maariflənməsi, hüquqi bilikləri əldə etməsi olub. QHT sektoru əhalinin maariflənməsində böyük və əvəzsiz rola malikdir.

- Bu ağır dönəmdə necə düşünürsünüz, ölkənin nüfuzlu təşkilatları, eləcə də məmurlar, iş adamları, siyasi xadimlər arasında vətəndaş, dövlət, xalq, birliyi nümayişi necə müşahidə olundu?

- Cənab Prezidentimizin “Biz birlikdə güclüyük” çağırışına qoşulanlar bu ağır dönəmlərdə xalqına, millətinə, dövlətinə xidmət etmiş oldular. Koronavirusla mübarizəyə dəstək fonduna 120 milyon manata yaxın vəsaitin toplanması onu deməyə əsas verdi ki, həmrəylik, birlik nümayiş etdirə bildik. Millət vəkilləri, QHT sədrləri, iş adamları, incəsənət xadimləri imkan daxilində minlərlə, on minlərlə aztəminatlı ailəyə yardım etdilər. Amma təəssüflər olsun ki, son günlərdə bəzi icra hakimiyyəti başçıları və onların yerlərdəki nümayəndələrinin dövlətin aztəminatlı ailələr üçün ayırdığı ərzaq yardımlarını mənimsəmələri, korrupsiya və rüşvətxorluğa qurşanmaları faktları ilə də üzləşdik. Şübhəsiz, bu insanların heç biri cəzasız qalmayacaq.

- Diaspora təşkilatlarımızın fəaliyyəti özünü necə göstərə bildi. Imkanlı diaspor təşkilatları cəmiyyət olaraq bütövləşmək, bir-birinə dəstək durmaq üçün hansı addımları atdı?

- Xaricdəki bir çox diaspor təşkilatlarının yardımlarını da gördük. Elələri də vardı ki, öz vəsaiti hesabına Azərbaycandakı ailələrə yardımlar edib. Bu da alqışlanmalıdır. Milyonçu diaspor təşkilat sədrləri də var ki, heç yaxına durmadılar. Fonda bir manat belə vəsait köçürmədilər. Koronavirusun yayılmasının müsbət cəhətlərindən biri də, bu ağır dönəmlərdə kimin kimin yanında olduğunu göstərdi. Xainin, dostun kim olduğunu üzə çıxardı.

- Bəzi qanunların icrasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müəyyən maneələr var. Bəs siz fəaliyyətinizdə hansı maneələrlə qarşılaşırsınız və onlardan hansının aradan götürülməsini vacib hesab edirsiniz?

- Bir dəfə belə halla üzləşmişəm. Bir neçə il öncə rayonlardan birində məktəblərdə tədbir planlamışdıq. Təbii ki, QHT Şurasının ayırdığı maliyyə əsasında. Mövcud qaydalara uyğun olaraq Prezident Administrasiyasına məlumat verdik, rayon icra hakimiyyətinə məktub ünvanladıq. Heş bir problemin olmadığı bildirildi. Lakin tədbir məktəbdə keçirildiyindən gərək Təhsil Nazirliyindən icazə alınmasının vacibliyi deyildi. Bir ay biz nazirlikdən icazə ala bilmədik. Nazirliyin sözçüsü bizim məktubumuza gec cavab verdiyindən bütün planlarımız pozuldu. Layihəmizin həyata keçməsinə süni əngəllər törətdi. QHT Şuranın müsabiqəsinin qalibi olub, dövlət vəsait ayırıb, icra hakimiyyəti razıdır, nazirlik isə məktəblərə tapşırıb ki, mənim icazəm olmasa heç bir QHT orada tədbir keçirməsin. QHT gənclərin vətənpərvərlik ruhunda maariflənməsi ilə bağlı tədbir keçirir, Təhsil nazirliyi bunu əngəlləyir. Bu barədə mediada da məlumat vermişdim.

- Vətəndaş cəmiyyəti olaraq hazırda aparılan kadr islahatlarını necə müşahidə edir və qiymətləndirirsiz. Vətəndaş İctimai nəzarət funksiyasını yerinə yetirə bilirmi?

- Prezidentimizin kadr islahatlarını hamı kimi biz də bəyənir və dəstəkləyirik. Bütün sahələrdə islahatların aparılması lazım və vacibdir. Uğurlu kadr islahatları həmişə dövlətimizə xeyir verə bilər.

Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən çıxışında vətəndaşlara müraciət edib: “Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”. Vətəndaş aktivliyi çox şeyi həll edir. Əgər o, gördüyü problemlə bağlı səsini ucaldırsa, onu ictimailəşdirirsə müsbət nəticəsi ola bilər. Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür. Çünki əlinin altında sosial şəbəkələr var. Üzləşdiyi problemi həm çəkib göstərir, həm də məlumat verir. Operativ və çevik, özü də yerində.
Azərbaycanda 36 yaşlı hüquqşünas nazir müavini təyin edildiİqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə

Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı var.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı var.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı var.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı var.
Başına 1 milyon mükafat qoyulan terrorçu tutulduTürkiyədə başına 1 milyon türk lirəsi qoyulan terrorçu tutulub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Diyarbəkir vilayətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir terrorçu ölü, digəri isə sağ olaraq ələ keçirilib.

Sağ tutulan terrorçunun axtarışda olan və başına 1 milyon türk lirəsi mükafat qoyulan Heba Rodi kod adlı T.K. olduğu açıqlanıb (apa).
Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək"Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan höküməti tərəfindən təhrifə yol verən ölklərlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub".
Hər addım cinayət, hər addım rüşvət – İlham ƏliyevBir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla!

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm", - İlham Əliyev bildirib.
Daha 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldüAzərbaycan Respublikasında 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılmışdır.
“Könüllü Qəhrəmanların Toplantısı” baş tutub Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllülər təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında “Könüllü qəhrəmanların toplantısı” adlı görüş keçirilib. Görüşdə respublikanın şəhər və rayonlarında fəaliyyətdə olan 300-ə yaxın könüllü iştirak edib.

Avrasiya.net-ə Azərbaycan Gənclər Fondundan bildirilib ki, görüş zamanı könüllülər gördükləri işlər barədə məlumat verib, fəaliyyətin səmərəsinin daha da artırılması üzrə, habelə post-pandemiya dövründə fəaliyyətlə bağlı təkliflərini bildiriblər. Aprel ayı ərzində xüsusi fəallığı ilə seçilən və “Ayın könüllüsü” nominasiyasında mükafata layiq görülən 21 nəfər könüllünün adları elan edilib. Bu formatlı görüşlərin davamlı olaraq keçirilməsi və könüllülərlə daimi ünsiyyət platforması olaraq istifadə olunması nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılmışdır. Mərkəzin fəaliyyətə başladığı 27 mart 2020-ci il tarixindən keçən dövr ərzində müxtəlif tədbirlər və aksiyalar, o cümlədən “Böyüklərimizi qoruyaq!”, “Könüllü Qonşu” və “Könüllü Donor” aksiyaları həyata keçirilib. AKƏM-in çətiri altında keçirilən aksiyalarda 57 şəhər və rayonda 201 nəfər könüllü koordinator və 1 545 nəfər daimi fəaliyyətdə olan könüllü 11 000-dən artıq ahıl yaşlı şəxslərə və az təminatlı ailəyə sosial xidmət göstərib.

Qeyd edək ki, Katiblik funksiyası Azərbaycan Respublikasının Gənclər Fonduna həvalə edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun üzvləri olan “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası
Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı tərəfindən həyata keçirili
Taleh Qaraşovun villaları, bahalı maşınları haqda yazılanlara rəsmi CAVAB VERİLDİ"Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda - Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında yayılmış informasiya ilə bağlı bildiririk ki, qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir. Həmin informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil. Eyni zamanda, Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur".

Bu barədə Modern.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, icra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunub.

"Taleh Qaraşovun guya, hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya, bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur. İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar",- deyə Lənkəran Şəhər İcra Hakimiyyəti bəyan edib