Sizin Reklam Burada

"Nikol beynəlxalq mafiya ilə saziş bağlayıb"

"Nikol beynəlxalq mafiya ilə saziş bağlayıb"Ermənistan hakimiyyəti beynəlxalq mafiya ilə müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Feysbukdakı canlı yayımı zamanı deyib.

“Mən deməliyəm ki, Nikol Paşinyan populist deyil. Qagik Çarukyandan daha yaxşı yaşamaq Paşinyanın çoxdankı arzusudur. Paşinyan populizm qanunlarını pozdu. O, dövlət oliqarxından başqa bir şey deyil”, – deyə o bildirib.

Minasyan, həmçinin, Paşinyanın öz ailə üzvlərinə avtomobil almaq üçün 600-700 min dollar xərclədiyini xatırladaraq, son 30 ildə Ermənistanın heç bir liderinin öz ailəsinin təhlükəsizliyinin təmini üçün bu qədər avtomobildən istifadə etmədiyini deyib.

Minasyan Ermənistanda hazırda iki qrupun formalaşdığını bildirib. O, bu qrupların keçmişdə elə də yaxşı yaşamayıb, indi xalq hesabına yaxşı yaşayanlar və keçmişdə pis yaşayıb, indi daha pis yaşayan xalqdan ibarət olduğunu bildirib:

“Paşinyan anlayır ki, tezliklə baş nazir vəzifəsini itirəcək və bunun üçün daha çox sərvət toplamağa cəhd edir. Məhz buna görə də o, hətta beynəlxalq mafiya ilə razılaşma bağlayıb. Rusiyada bir müddət öncə Ermənistan təyyarəsindən tapılan qaçaqmal siqaret partiyası Nikol Paşinyanın qardaşı, Mənim Addımım Blokundan olan Sipan Paşinyana aiddir”.

Minasyan Paşinyana bu işdə Anna Akopyanın kadrı olan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşan Nersisyanın yardım etdiyini deyib. Vasitəçi kimi isə Anna Akopyanın qardaşı Qraçyan Akopyandan istifadə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər