Başına 1 milyon mükafat qoyulan terrorçu tutuldu
Dərc olunub:
13-05-2020, 18:31
Türkiyədə başına 1 milyon türk lirəsi qoyulan terrorçu tutulub.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Diyarbəkir vilayətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir terrorçu ölü, digəri isə sağ olaraq ələ keçirilib.
Sağ tutulan terrorçunun axtarışda olan və başına 1 milyon türk lirəsi mükafat qoyulan Heba Rodi kod adlı T.K. olduğu açıqlanıb (apa).