Azərbaycanda iş adamının silahı ofisdən oğurlandı
Dərc olunub:
13-05-2020, 12:43
İmişlidə şirkətdə oğurluq hadisəsi baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, İmişli Quşçuluq MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı ov tüfəngi oğurlanıb.
Oğurluq hadisəsi onun ofisində qeydə alınıb.
Daha sonra şirkət rəhbəri bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.