Sizin Reklam Burada

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır! QARABAĞ keçmişdə də, bu gün də Azərbaycan torpağı olub və həmişə də belə olacaq. Seperatçı ermənilər tarix boyu bu möhtəşəm diyara göz dikmiş, əsrlər boyu onu işğal etmək arzusunda olmuşlar. Bu torpaq uğrunda apardıqları hər mübarizədən məğlub çıxmışlar. Qarabağ Azərbaycandır! Bu söz bir sillə kimi həmişə üzlərinə vurulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş və çıxışlarında dəfələrlə qeyd edib ki, "Azərbaycanın ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir".

Dövlətimizin başçısının konseptual səciyyə daşıyan bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması birmənalı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Cənab Prezident qətiyyətlə bildirir ki, Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi imkanlarından istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir.
"Azərbaycan torpaqları danışıq predmeti ola bilməz"
Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi kursa əsaslanan ölkəmizin diplomatik korpusu Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz işlər aparır. Bunun sayəsində Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərə məhəl qoymayan işğalçı dövlət olması faktı artıq əksər dünya dövlətləri tərəfindən qəbul edilib. Bu da Ermənistanın siyasi mövqelərinə ciddi zərbə deməkdir. Hazırda beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı fəaliyyətini xeyli dərəcədə gücləndirib, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha obyektiv mövqedən diqqət ayırmağa başlayıblar. BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar problemin ərazi toxunulmazlığı prinsipi əsasında əsasında həllini dəstəkləyirlər. Prezident İlham Əliyev bütün çıxışlarında Dağlıq Qarabağ probleminin ədalətli həllindən bir an belə kənarlaşmayacağını, Qarabağ torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyini bəyan edib. Prezidentin apardığı qətiyyətli xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə beynəlxalq aləmdə daha geniş miqyasda tanınmasına xidmət edir.

Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə müstısna xidmətləri ölkədə ruh yüksəkliyi yaradır, tezliklə Qarabağ torpaqlarına qayıdacağımıza inamı gücləndirib.

Qarabağ Azərbaycandır - Azərbaycan - Qarabağ ayrılmazdır, bu tarix boyu belədir və belə qalacaqdır.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər