Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı
Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb:

"Bu gün 28 578 test keçirilib, 4 056 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 42 282 nəfərdir. Bu gün daha 296 pasiyent sağaldı, ümumi say 2 142 nəfərdir".
Karantin postunu qıran Milli Məclisin Aparat rəsmisi imiş - Fotolar
Karantin postunu qıran Milli Məclisin Aparat rəhbəri
Xəbər verdiyimiz kimi, Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.

Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Unikal.org Milli Məclisin işdən çıxarılan əməkdaşı Rəmzi Şükürovun fotolarını əldə edib.
Karantin postunu qıran Milli Məclisin Aparat rəsmisi imiş - Fotolar
İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Avrasiya.net Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox yaranan sualların cavablarını təqdim edir:

Aprelin 1-nə qədər işsiz statusu alan vətəndaşın birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

İşsiz kimi qeydiyyata alınmaq üçün 3 üsuldan biri təklif olunur: 1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq. 2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə. 3. İnternetə çıxış imkanları olmayan işsizlərin Məşğulluq mərkəzlərinə zəng etməsi ilə.

Birdəfəlik ödəməni almaq üçün təsdiq cavabı elektron qeydiyyatdan keçənlərin mobil nömrələrinə SMS vasitəsilə göndəriləcək.

Nazirlik tərəfindən elan olunmuş Qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər birdəfəlik ödəməni almaq hüquqlarını itirmirlər. Həmin şəxslər qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət edə bilərlər.

Ailədə ər və arvadın hər ikisi, habelə yaşı 15-dən yuxarı övladı da işsizdirsə, birdəfəlik ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək.

2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün birdəfəlik ödəmənin məbləği də 190 manat təyin olunub. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.

Şəxs özü, arvadı, uşaqları və valideynləri ilə birlikdə yaşayırsa, şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var.

15 yaşdan yuxarı əmək qabiliyyətli işsiz şəxs valideynləri ilə birlikdə yaşasa da, həmin şəxsin özü birdəfəlik ödəməni almaq üçün fərdi qaydada müraciət edə bilər. Eyni zamanda, işsiz olan valideynlərin (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var.

Mobil nömrəsi öz adına olmayan şəxslər birdəfəlik ödəməni almaq üçün sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər.

Birdəfəlik ödəməni almaq məqsədilə müraciət etmək üçün qeydiyyat və yaşadığınız ünvanın fərqli olması maneə yaratmır.

Aliment alan işsiz qadının birdəfəlik ödəməni almaq hüququ var.

Ər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa, digəri 190 manat birdəfəlik ödəməni ala bilər.
Koronavirusdan daha DƏHŞƏTLİSİ GƏLİR, Dünyanın sonu olacaq - ABŞ-dan SENSASİYA
“Koronavirus pandemiyasından sonra bəşəriyyət nüvə müharibəsi və qlobal istiləşmə təhlükəsi ilə üzləşəcək”.

Publika.az xəbər verir ki, bu barədə amerikalı siyasi publisist, professor Noam Xomskiy deyib.

Pandemiyanın qorxulu nəticələrinin olacağını deyən siyasi publisist hesab edir ki, bu böhran keçici olacaq: “Lakin bəşəriyyəti daha dəhşətli təhlükələr gözləyir. Bunlardan biri nüvə müharibəsi, digəri isə qlobal istiləşmə təhlükəsidir. Bu iki təhlükənin qarşısını ala bilməsək, dünyanın sonu olacaq”.

Onun fikrincə, pandemiyaya qalib gəlmək üçün hərbi səfərbərliyə bənzər vəziyyətin yaradılması lazım olacaq.

“Pandemiyaya qalib gələndən sonra ya dövlətlər son dərəcədə avtoritar olacaq, ya da şəxsi qazancın yox, hər kəsin ehtiyacının ödənməsi, cəmiyyətlərin daha humanist şəraitdə yaşaya bilməsi üçün radikal addımlar atılacaq”, - professor bildirib.
İspaniyada koronadan ölənlərin sayı 15 mini keçdi
İspaniyada yeni tip koronavirusdan sutka ərzində 683 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkə üzrə ölənlərin sayı 15 min 238-ə çatıb.

İspaniyada pandemiyadan ən çox ölüm sayı isə paytaxt Madriddə qeydə alınıb. Paytaxtda virusdan ümumilikdə 5800 insan həyatını itirib.
Daha bir virus ortaya çıxdı: Yoluxucu və ölümcül...
Taylandda yeni tip koronavirusdan başqa Afrika at vəbası xəstəliyi sürətlə yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Tayland Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xəstəlikdən ölkədə təxminən 200 at tələf olub.

Virusun mənbəyinin hələ də araşdırıldığı bildirilib. Bəzi fermerlər Afrikadan idxal olunan zebraların virusun mənbə ola biləcəyini ehtimal edir.

Qeyd edək ki, Afrika at vəbası xəstəliyi yoluxucu və ölümcül xəstəlik kimi tanınır.
Koronavirusla mübarizə üçün daha 97 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Millət vəkili Rəşad Mahmudov: "Bir-birimizə olan  dəstəyimizi və həmrəyliyimizi hiss etmək gözəl hisslərdir"
Millət vəkili, tanınmış kardocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov indiki xüsusi karantin rejimi dövründə sosial baxımdan həssas ailələrə maddi və mənəvi yardım edilməsinin təqdirəlayiq və şərəfli bir missiya olduğunu bildirib.

O, şəxsi "facebook" səhifəsində bununla bağlı paylaşım edərək yazıb: " Belə bir deyim var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu deyimin fəlsəfəsini son 5 ildə pozmamağa çalışdım, amma pozmaq məcburiyyətindəyəm bu gün. Niyə.....? Özümüzü, bizi və hamımızı daha da ruhlandıraraq bir-birimizə olan sevgimizi, bağlılığımızı, anlayışımızı, dəstəyimizi və həmrəyliyimizi hiss etmək, yaşamaq və yaşatmaq üçün... COVİD bizdən çox şey alır, eyni zamanda

Bizə çox şey də öyrədir və bəlkə də uzun zaman yaşamadığımız duyğuları hiss etdirir, xatırladır. Seçilmiş oldugum Astara rayonunda 20 gün içində Rayon İcra Hakimiyyəti başda olmaqla, iş adamları, xeyriyyəçilər, Rusiyada yaşayan həmvətənlərimiz və dostlarımız sayəsində 1500-ə yaxın ailəyə ərzaq köməkliyi olunub və bu aksiya hazırda da davam edir. Qarlı dağların zirvəsində yaşayan ailələr xatırlanarkən, onların üzündəki sevgi dolu təbəssümü sözlə ifadə etmək çox çətindir.

Bu hissləri bizə yaşadan dövlətimizə, dostlarımıza, xeyriyyəçilərə, könüllülərə və əməyi keçən hər kəsə ƏHSƏN !!! PS: bu arada aprel ayı, qar və Astara!!! Eşitmədim, görmədim. Təki bolluq və bərəkət gətirsin!"