09 apr 18:04Sosial

Millət vəkili Rəşad Mahmudov: "Bir-birimizə olan dəstəyimizi və həmrəyliyimizi hiss etmək gözəl hisslərdir"

Millət vəkili Rəşad Mahmudov: "Bir-birimizə olan  dəstəyimizi və həmrəyliyimizi hiss etmək gözəl hisslərdir"
Millət vəkili, tanınmış kardocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov indiki xüsusi karantin rejimi dövründə sosial baxımdan həssas ailələrə maddi və mənəvi yardım edilməsinin təqdirəlayiq və şərəfli bir missiya olduğunu bildirib.

O, şəxsi "facebook" səhifəsində bununla bağlı paylaşım edərək yazıb: " Belə bir deyim var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu deyimin fəlsəfəsini son 5 ildə pozmamağa çalışdım, amma pozmaq məcburiyyətindəyəm bu gün. Niyə.....? Özümüzü, bizi və hamımızı daha da ruhlandıraraq bir-birimizə olan sevgimizi, bağlılığımızı, anlayışımızı, dəstəyimizi və həmrəyliyimizi hiss etmək, yaşamaq və yaşatmaq üçün... COVİD bizdən çox şey alır, eyni zamanda

Bizə çox şey də öyrədir və bəlkə də uzun zaman yaşamadığımız duyğuları hiss etdirir, xatırladır. Seçilmiş oldugum Astara rayonunda 20 gün içində Rayon İcra Hakimiyyəti başda olmaqla, iş adamları, xeyriyyəçilər, Rusiyada yaşayan həmvətənlərimiz və dostlarımız sayəsində 1500-ə yaxın ailəyə ərzaq köməkliyi olunub və bu aksiya hazırda da davam edir. Qarlı dağların zirvəsində yaşayan ailələr xatırlanarkən, onların üzündəki sevgi dolu təbəssümü sözlə ifadə etmək çox çətindir.

Bu hissləri bizə yaşadan dövlətimizə, dostlarımıza, xeyriyyəçilərə, könüllülərə və əməyi keçən hər kəsə ƏHSƏN !!! PS: bu arada aprel ayı, qar və Astara!!! Eşitmədim, görmədim. Təki bolluq və bərəkət gətirsin!"
XƏBƏR LENTİ
SORĞU