Sizin Reklam Burada

Saxta arayış satan "jurnalist" dünya çempionu imiş - Foto

Saxta arayış satan "jurnalist" dünya çempionu imiş - Foto
Xəbər verdiyimiz kimi, dünən Anar İsgəndərov və Aslan Bayramov adlı iki şəxs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Onlar özlərini media işçisi kimi təqdim edib, işlədikləri jurnalların möhürü ilə təsdiq edilmiş saxta arayışları satarkən saxlanılıblar.

Həmin şəxslər saxta sənəd satdıqları adamların xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2001-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb.

Ümumiyyətlə, həmin yarışda iki azərbaycanlı boksçu qalib ola bilib. Onlardan digəri Emil Məhərrəmov olub.

Aslan Bayramov bu uğurunun arxasını gətirə bilməyib. O, yalnız 2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olub. A.Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.
Saxta arayış satan "jurnalist" dünya çempionu imiş - Foto

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər