İnamımızın tükəndiyi zamanlar - Əmrah Fəqanoğlu yazır
Əmrah Fəqanoğlu
Mələk qiyafəlilər həyatımızı gözəlləşdirə bilirmi?

Proloq əvəzi: Bu yazını düz 5 il bundan əvvəl, yanvarın 10-da yazmış və oxunaqlı saytlardan birində oxucularıma təqdim etmişdim. Feys xatırlatdı, açıb baxdım. Müəllifin adı "buxarlansa" da, yazı saytda olduğu kimi qalır. Oxuyanda əmin olacaqsınız ki, elə aktuallığı da... Eyni insanlar, eyni yanaşma, eyni münasibət. Heç kim və heç nə dəyişməyib.

İnsanların bir-birinə inamı niyə azalıb bu qədər? Çünki inamdan sui-istifadə edənlər artıb. Bu tip məxluqlar insanların bütün məhrəm, humanist hisslərini sözün həqiqi mənasında istismar edirlər. Bir də görürsən çıxılmaz duruma düşdüyünü iddia edən birisi qarşında elə ağlayıb-sızlayır, elə göz yaşı axıdır ki, az qalırsan nəyin var yığıb verəsən buna ki, kirisin. Başqa birisi isə sənin inamını qazamaq üçün özünü elə şəklə salır ki, deyirsən Allahın xəlq elədiyi ən məsum, ən pak mələklərdən biridir, sadəcə, çiyinlərinin üstündə zərif qanadları çatışmır. Ona inanırsan, bacardığın köməyi edirsən, sonda isə sənə gözləmədiyin halda arxadan elə zərbə vurur ki, bütün həyata nifrət bəsləyirsən...

Amma unuduruq ki, insan övladına sitayiş etmədiyinə görə Yaradan tərəfindən lənətlənən və ondan məşhər gününə qədər möhlət istəyən iblis də bir zamanlar mələk idi. Min illər boyunca uca Allaha sitayiş etməsinə baxmayaraq, sonda yolunu azdı. Allah da onu cəzalandırıb cənnətdən qovdu və məşhər gününə qədər deyil, özünün (yəni Allahın) istədiyi günə qədər möhlət verdi. Odur-budur iblis intiqam məqsədilə insanların qəlbinə girib, haqq yolundan sapındırmağa çalışır... Kim bilir, ürəyi, qəlbi mələk saflığında olmayıb, özlərini mələk qismində təqdim edənlər də iblisin əl buyruqçularıdır. Axı normal insan, Allahını tanıyan bəndə olduğu kimi görünməli, göründüyü kimi olmalıdır. Riyakarlıq onsuz da gec-tez üzə çıxır. Axı “cidanı, yəni qılıncı çuvalda gizlətmək mümkünsüzdür- sonda çuvalı kəsib, özünü buruzə verəcək.

Riyakarlıqla, mələk qılafına girən və girməyə çalışan Adəm və Həvva övladlarının sayı artıqca həyatımızın mənası, dadı-duzu azalır. Riyaziyyatdaki tərs mütənasiblik əmsalı kimi. Bir də görürsən, həyətdə tanımadığı bir uşağa qaba münasibət göstərən kişi atasının var-dövlətli, imkanlı olması səbəbindən başqa bir uşağın qarşısında az qalır diz çöksün. Yaxud kobud qayda pozuntusuna yol vermiş sürücünü əvvəlcə aqressiv qarşılayan yol polisi onun özünün, yaxud atasi və yaxın qohumunun “Həsən ağa” olduğunu öyrənincə sifətinin mimikasını 180 dərəcə dəyışdirir, olur üzündən nur tökülən “Allah adamı”. Bəzən məhkəmələrdə yalançı şahidliklə məşğul olanlar da özlərini sudan quru çıxarmağa cəhd göstərir, başqasının evini yıxmalarına çörəkpulu qazanmaq adı ilə haqq qazandırırlar. “Neyləyək, bizim də çörəyimiz bundan çıxır...”- deyirlər. Amma Allah kəssin o pulu ki, kiməsə işverənliklə qazanılır. Onsuz da elə pulla alınan çörəyin bərəkəti olmaz. Kişi də, qadın da gərək pulu halallıqla qazansın. Baçqasına böhtan atmaq, şərləmək, nankorluq və vicdansızlıq etmək, işverənlik yolu ilə yox.

İnsanlarda qarşılıqlı inamın azalması və itmək dərəcəsinə yetməsi həqiqiətən faciəvi haldır. İş o yerə gəlib çatıb ki, şikəst olduğunu öz gözümüzlə görüb əmin olduğumuz halda, bizdən maddi yardım-qəpik-quruş umanlara da kömək etmək istəmirik. Çünki bilmirik həqiqətənmi diləndiyi pullar onlara gündəlik qayğılarını həll etmək üçünmü gərəkdir, yoxsa komfortlu villada yaşamaq və son model bahalı avtomobil sahibi olmaq üçün? Eh, bizi o qədər aldadıblar ki... Məcburən dilənçiliyə cəlb olunanlar barədə o qədər çeşidli hekayətlər eşitmişik ki... Bəzən görürsən yaraşıqlı, əynində babat geyimi olan bir xanım küçədə getdiyin yerdə qəflətən sənə yaxınlaşır, sifətinə məzlumluq görkəmi verir və hansısa Bakı kəndinə getmək üçün yolpulu verməyini xahiş edir. Sən də ciblərini eşələyib, ona istədiyi məbləği verirsən ki, zavallı həmin ünvana yetişə bilsin. Qadın sənə ürəkdolusu minnətdarliq edib uzaqlaşanda özlüyündə rahatlıq tapıb, dərindən nəfəs alırsan ki, nə yaxşı, bir zavallının öz ünvanına yetişməsinə yardımçı oldun. Amma nəfəsini əməlli-başlı dərməmiş həmin xanımın başqa bir nəfərə yaxınlaşıb, eyni metodla “yolpulu” istədiyinin şahidi olursan.

İnamsızlıq özünü gecə vaxtı, özü də havanın pis dönəmində təsadüfən yolda qalan və maşın gözləyən sərnişinlərə münasibətdə də göstərir. Məsələn, sürücülər qadın və kişi olmasından asılı olmayaraq, belə sərnişinləri aparmaqdan boyun qaçırırlar. Ona görə ki, sürücüləri qarət etməkdən ötrü quldurların işlətdikləri ənənəvi usullardan biri də məhz sutkanın qaranlıq vaxtı çarəsiz sərnişin qiyafəsində rəhimli sürücü gözləmək “priyomu”dur. Bəzən bu işə yaraşıqlı, xarici görünüşü ilə diqqət çəkən xanımlar da cəlb olunur. Tələyə kim düşə-düşə.

Bazarlarda pul xırdalamaq adı ilə ahıl adamlara pul atan, yaxud tərəzidə aldadan, bankomatlardan pul çıxarmaqda yardım adı ilə pensiyaçıların pulunu götürüb qaçan, tanişina “vızov” eləmək adı ilə qadınlardan mobil telefon alıb qaçan, mənzillərə işıq, qaz, su nəzarətçisi adı ilə soxulan, kiçik yaşlı uşaqları “atan o tində səni gözləyir” vədəsi ilə oğurlayan iblislər nə qədər ki, var, bizi yaxından tanımayan və bizə inamsızlıq göstərən insanlara tolerant yanaşmalıyıq. Hətta onların son anda bizə ünvanlaya biləcəkləri “məndən əl çək, sənə inanmıram!” ifadəsinə də ... Axı biz özümüz də ucdantutma hamıya inanmaq məcburiyyətində deyilik.
Azərbaycan idmanının uğur salnaməsi - Yusif Babanlıdan mükəmməl yazıYusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor


Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.

Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununlada idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövürdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu.

Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuznun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhtəliklər qoymuşdu.

Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövürlərdən Cənab ilham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.

Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olmuşdur. 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər.

2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir.

2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.

2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.

Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.

Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.

Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olmuşdur. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur.

Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.

Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokrtaik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu naliyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik.
Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcəkTeleqraf.com saytının müxbiri Hacı Zeynalovun Abşeron rayonu, Saray qəsəbəsində olan evində baş verən oğurluq hadisəsini törədən şəxs və ya şəxslər həbs edilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.

O deyib ki, 2018-ci il dekabrın 24-dən dekabrın 29-dək olan müddətdə evinə oğrular girib: "Evin pəncərəsini sındıraraq içəri daxil olan şəxs və ya şəxslər 850 manat dəyərində "Grundg" markalı televizor, 75 manat dəyərində ət çəkən maşın, 4 ədəd bir litirlik bankalarda 500 manat məbləğində pul oğurlanıb. Dekabrın 29-da evə gələndə oğurluq hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdim. Həmçinin evimdən bütün rəsmi sənədlər oğurlanıb. Bu hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 326.1-ci maddələri ilə cinayət işi başlandı. Bu günə kimi polis cinayətin üstünü aça bilmir".

Şikayətçi qeyd edib ki, ötən ilin yanvarında Abşeron polis İdarəsindən ona oğurluq faktının üstünün açıldığını deyiblər: "Amma sonradan həmin məlumat özünü doğrultmadı. Həmin ilin noybarın sonlarında sahə müvəkkili Bədrəddin, əməliyyatçılar və çoxsaylı polis əməkdaşları evimə gəldi. Əli qandallı bir nəfəri mənə təqdim etdilər, guya bu şəxsin mənim evimdən oğurluq etdiyini dedilər. Mən də polislərə inandım, onları evimə buraxdım. Tanımadığım həmin şəxsi evimdə fotolarını çəkdilər, mənə dedilər ki, bu şəxs sənin evindən oğurluq edib. Sonradan araşdırdım ki, həmin ərəfədə Abşeron polisi iki nəfəri - Orxan Paşazadə və Əhməd Savdumov həbs edib. Həmin vaxtdan fikirləşdim ki, yəqin bu şəxslər mənim də evimdən oğurluq ediblər. Bu gün Abşeron rayon Polis İdarəsində işi araşdıran müstəntiq Yasin İbrahimlinin qəbulundə oldum. O, mənə dedi ki, sənin evindən oğurluq edənləri tutmamışıq, iş bağlı saxlanılır. Ona dedim ki, bəs, evimə bir nəfər gətirdiz, oğurluğun üstünün açıldığını dedilər. Müstəntiq həmin ərəfədə mənim evimə oğurluq edən şəxsi gətirmədiyini, həmin şəxslərin arasında olmadığını, həmin faktdan xəbərsiz olduğunu bildirdi. Dedim ki, sahə müvəkkili, əməliyyatçılar gətirib, müstəntiq söylədi ki, onlardan soruş, mənim xəbərim yoxdur. Bu hadisə hansısa dağ rayonunda yox, Daxili İşlər Nazirliyinin 15 kilometrliyində baş verir. Güman edirəm ki, ilin sonunda hesabatla bağlı bu addımı atımlar, baş verən cinayətin üstünün açılmış kimi göstəriblər.

Bununla bağlı bu gün yenidən Daxili İşlər Nazirliyinin 102 zəng xidməti ilə əlaqə saxladım, baş verən qanunsuzluqla bağlı şikayətçi oldum. Bu işdə qanunsuzluq edən şəxs və ya şəxslərin əmələrindən şikayətçi oldum. Evimdə baş verən oğurluq faktının üstünün açılmadığını halda, açıldığı kimi göstərən Abşeron rayon Polis İdarəsinin rəhbər şəxslərinin cəzalandırılmasını istəyirəm.

Hazırda öz və ailəmin həyatını da təhlükədə hiss edirəm. Çünki polisdən evimə tanımadığım şəxslər gətirilib, evimi gəzdiriblər, fotosunu çəkiblər. Bütün bu olaylardan da cinayət işinin istintaqını aparan müstəntiq xəbərsiz olduğunu deyir".

Hacı Zeynalovun sözlərinə görə, oğurluq zamanı aparılan rəsmi sənədləri almaq üçün müstəntiqdən arayış istəsə də, o, arayış verməkdən imtina edir: "Müstəntiqə müraciət etdim ki, arayış ver, sənədlərimi alım. O, vaxtının olmadığını, arayış verə bilməyəcəyini söylədi. Baş verən hadisədən sonra evimin sənədlərini bu səbəbdən ala bilmirəm”.

Jurnalist əlavə edib ki, baş verən qanunsuzluqla bağlı daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Zakir Qaralova da müraciət edəcək.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – VideoSSRİ zamanında bütün respublikalarda izlənən məşhur “Zaman” (Vremya) xəbərlər proqramının 1991-ci ilə aid bir buraxılışı üzə çıxıb.

1991-ci il 14 mart tarixinə aid sözügedən proqram SSRİ lideri Mixail Qorbaçovun “Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqı”na (!!!) müraciəti ilə başlayır.

Müraciətdə bildirilir:

“Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insani qurbanlarla nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur. Atışmalar guruldayır, insanlar ölür, qarşılıqlı yadlaşma artır. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamla zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.

Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil”.
Moskvada 30 erməni silahla azərbaycanlılara hücum etdiBu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin Report-a bildirdiyinə görə, milliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən, hadisə milli zəmində baş verib.
İranda koronavirusdan iki nəfər öldüSon iki gündə İranın Qum şəhərində koronavirusa yoluxma şübhəsi ilə bağlı bir neçə hal qeydə alınıb.

Report xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur.

"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərinin aparılacağı vurğulanıb.

***

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.
Üç ölkədən Əsəd rejiminə şok: Türkiyəyə dəstəkABŞ, İngiltərə və Almaniya Əsəd rejiminə Türkiyənin İdlibdəki müşahidə nöqtələrinə təşkil etdiyi hücumlara son vermək barədə çağırış edib.

Axar.az xəbər verir ki, üç ölkənin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen Əsəd rejiminin Suriyadakı tərəfdarları ilə Hələbin qərb kəndlərini və M5 yolunun qərbindəki bəzi bölgələri ələ keçirdiyini bildirib.

"Rusiya və Türkiyə qarant ölkələr olaraq İdlibdə gərginliyi azaltmaq üçün kilid rol oynamaq məcburiyyətindədir", - Pedersen söyləyib.
Ombudsman Nərminin qatili ilə görüşdü - FotoAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Avrasiya.net-ə verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Ombudsman başçəkmədən öncə istintaq təcridxanasında saxlanılan şəxslərin həmin gün orada olan ailə üzvləri, yaxınları ilə də görüşüb, müraciətlərini dinləyib.

Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Süleymanov İlkin İbrahim oğlu istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri ilə əlaqədar Ombudsman tərəfindən konfidensial qaydada qəbul olunub və dinlənilib.

Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış müraciətləri qəbul olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.
İlham Əliyev İtaliyaya getdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.