Sizin Reklam Burada

Həccə gedənlərin nəzərinə: güzəşt edildi

  Həccə gedənlərin nəzərinə: güzəşt edildi
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.

Report-un əldə etdiyi məlumata görə, sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.

Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır.

Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər