Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək
Dərc olunub:
19-02-2020, 12:10
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək.
Avrasiya.net xəbər verir ki, mərhələnin ikinci oyun günündə birinci həftənin oyunlarına yekun vurulacaq.
İtaliyanın “Atalanta” komandası İspaniyanın “Valensiya” komandasını qəbul edəcək.
Günün digər qarşılaşmasında “Tottenhem” İngiltərədə Almaniyanın “Leyptsiq” klubunu qəbul edəcək.
Xatırladaq ki, ötən gecə “Atletiko” doğma “Vanda Metropolitano”da turnirin son qalibi “Liverpul”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
"PSJ" isə səfərdə “Borussiya”nın qonağı olub. Almaniya təmsilçisi fransızları 2:1 hesabıyla üstələyib.