Sizin Reklam Burada

Prezidenti təhqir etmək, xalqı təhqir etmək deməkdir - Qanunla cəzalanmalıdırlar

Prezidenti təhqir etmək, xalqı təhqir etmək deməkdir - Qanunla cəzalanmalıdırlarAvrasiya.net hüquq-mühafizə orqanları və güc struktur rəhbərlərinə müraciət edib

Azərbaycan Respublikasının və xalqının hərtərəfli inkişafının qarantı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevə xalqın inam və etibarı artdıqca, ölkəmız inkşaf etdikcə, dünyanın həm iqtisadi, həm siyasi, həm də humanitar mərkəzinə çevrildikcə, əhalinin sosial rifahı ildənilə yaxşılaşdıqca həm xarici, həm də xaricdə özünə sığınacaq tapan düşmən mövqedə duranların narahatçılığı başa düşüləndir.

Həmin şəxslər bütün gücləri ilə ölkə rəhbərinin fəaliyyətini gözdən salmaqüçün müxtəlif üsullara, vasitələrə əl atırlar. Azad, demokratik Azərbaycanın varlığı onların narahatlığına səbəb olub. Azərbaycanın dünyada artan nüfuzu, regionun lider, güclü ölkəsinə çevrilməsini həzm edə bilməyənlər hər vəchlə sosial şəbəkələrdə qarayaxma kampaniyası aparırlar. Azərbaycanın təhlükəsizliyinin təminatı hakimiyyət – xalq birliyindədir. Dünya azərbaycanlılarının bir lideri var – İlham Əliyev. Xalq öz lideri ilə fəxr edir. İlham Əliyev bütün beynəlxlaq tədbirlərdə, rəsmi səfərlərdə, rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycanı layiqincə təmsil edib.
Lakin prezidentimizin uğurlarına yarasa gözü ilə baxanlar da az deyil – həm daxildə, həm xaricdə. Xaricdən “qəhrəman”lıqlar edənlərdən biri - Aqil Hüseynov haqqında 24.12.2019-cu il tarixində (https://avrasiya.net/region/42966-antiazrbaycan-aqil-hseynovun-sl-simas.html) məlumat vermişdik.

Yenidən diqqətinizə çatdırmaq istəyirik ki, bu dələduz Aqil Hüseynov, Almaniyada özünə rahat həyat qurmaqla kifayətlənməyərək özünün facebook səhifəsində (https://www.facebook.com/pages/category/Media-News-Company/Anti-Aliyevs-652715738162234/) açıq-aşkar prezidentin şərəf və ləyaqətini təhqir etməkdən əl çəkmir. A.Hüseynov kimilər başa düşməlidirlər ki, prezidenti xalq seçib, xalqın seçdiyi prezidenti təhqir etmək, xalqı təhqir etmək deməkdir.

Dmokratik dəyərlərdən dəm vuranlar mübarizəni hüquqi müstəvidə, demokratik formada aparmaq əvəzinə, fotoları kollaj etməklə, şər, böhtanlar atmaqla aparırlar.

Belə “qəhrəman”lar mütləq qanun qarşısında cavab verməli, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən xahiş edirik ki, A.Hüseynov və onun kimilərin cinayət məsuliyyətinə cəlb olunması, İnterpola verilib vətənimizə gətirilməsi ilə bağlı qanuna uyğun müvafiq tədbirlər görəsiniz.

Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər