Sizin Reklam Burada

Qərbə inanmaq olmaz - Politoloq

Qərbə inanmaq olmaz - PolitoloqTürkiyə Suriyada fəallığını artırsa və ya təxribatlara cavab versə, Qərb yenə də dəstək verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyənin Suriyada yenidən hərbi əməliyyat keçirəcəyi təqdirdə Qərbin rəsmi Ankaranı tək qoyacağı iddiaları haqda danışarkən deyib. O qeyd edib ki, Türkiyə PKK ilə mübarizə aparanda Qərb terror təşkilatına dəstək verirdi:

“Avropa dövlətləri və ABŞ PKK-nı terror təşkilatı siyahısına salmışdı, amma PKK-ya bu ölkələrdən maliyyə axını gəlirdi. Türkiyə həm PKK hücumlarına qarşı, həm də Suriyada antiterror əməliyyatlarına başlayarkən üzv olduğu NATO ölkələrindən dəstək istəmişdi. Çünki NATO-nun 5-ci maddəsinə görə, Alyansın bir üzvünə edilən hücum digər üzvlərə də edilmiş sayılır. NATO üzvləri Türkiyə ərazisinə bir-iki raket yerləşdirdilər ki, guya dəstək verirlər. Daha sonra da həmin raketləri geri çəkdilər. Əlbəttə, Qərbə inanmaq olmaz. Türkiyə özü də Qərbə inanmır. Siyasi mərkəzlər bilirlər ki, Suriyada heç kim Türkiyəyə dəstək verməyəcək”.

Vaşinqtondan Ankaraya zənglərin sayının çoxaldığını vurğulayan politoloq bildirib ki, Qərb Rusiya ilə Türkiyə arasında problemlərin yarandığını görür:

“Onlar maraqları üçün Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmək istəyirlər. Bunu əslində Türkiyədə də başa düşürlər. Türklər anlayır ki, Rusiya ilə fikir ayrılığına baxmayaraq, körpüləri yandırmaq düzgün olmazdı. Bunun hər iki tərəfə ziyanı dəyəcək, qazanan isə ABŞ olacaq. Belə bir addımı da Ankara atmaz. Ona görə Türkiyə Suriyada müəyyən qədər təhlükə ilə üz-üzədir. Bəşər Əsədə də mesaj göndərilib ki, əgər İdlibə yeni hücumlar təşkil olunsa, Türkiyə ordusu adekvat cavab verəcək”.

Qeyd edək ki, türkiyəli politoloq Volkan Özdəmir Türkiyənin Suriyada daha bir hücuma cəhd edəcəyi təqdirdə Qərb düşərgəsindən kömək gəlməyəcəyini vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər