Bakıda həkim əməliyyat zamanı yaşlı xəstəni vurdu - ŞOK İTTİHAM+FOTOLAR
Bakıda həkim əməliyyat zamanı yaşlı xəstəni vurdu - ŞOK İTTİHAM+FOTOLARZərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.

Bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.

“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin də insultdan sonra bir qədər narahat olduğunu bilirdi.

Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq.

Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin?

Anam ağlamaqdan boğula –boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.

Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz deyib”, heç həkimi çağırmadılar”.

Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:

“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”.

Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəm.

Mən hələ də dövlət səviyyəli klnikada belə özbaşınalığın olmasına inana bilmirəm”.
Bakıda həkim əməliyyat zamanı yaşlı xəstəni vurdu - ŞOK İTTİHAM+FOTOLAR
Bu azərbaycanlılar Rusiyadan deport edildiRusiyanın Kamçatka vilayətindən qovulan 170-dən çox miqrantın içərisində azərbaycanlılar da olub.

Axar.az xəbər verir ki, bu barədə "Rrossaprimavera.ru" saytı məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu ildə 176 xarici vətəndaş qanun pozuntusuna görə Kamçatka ərazisinin icraçıları tərəfindən Rusiyadan deport olunub.

Bildirilir ki, Kamçatka ərazisindən çıxarılan əcnəbilərin əksəriyyəti Azərbaycan, Özbəkistan, Ukrayna, Ermənistan və Qırğızıstan vətəndaşları olub. Onlar bura müvəqqəti iş icazəsi ilə gəlsələr də, müddət başa çatdıqdan sonra geri qayıtmayıblar.

Miqrasiya qanunvericiliyini pozanların hamısının Rusiyaya 5 il müddətinə girişi qadağan edilib.
Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOBu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təbliğat-təşviqat kampaniyasına start verdi. Azay Quliyevin 1000-dən çox seçicisi qərargahın üzvü və könüllüləri kimi seçkilərin təbliğat və təşviqat mərhələsinə fəal şəkildə qoşulublar.

Böyük izdiham yaşanan toplantı dövlət himnin ifası və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.

Avrasiya.net xəbər verir ki, tədbirin moderatoru Şəmistan Əlizamanlı giriş sözü ilə çıxış edərək bildirib ki, deputatlığa namizəd, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevi hamı yerli və beynəlxalq platformalarda çoxşaxəli fəaliyyəti, yüksək bilik və bacarığı, dürüstlüyü, təmiz reputasiyası ilə tanıyır. Azay Quliyev istər qanunverici orqanda, istər vətəndaş cəmiyyəti sektorunda, istərsə də ATƏT-dəki peşəkar fəaliyyəti, bilik və bacarığı ilə seçilən, yüksək mənəviyyata malik, dövlətinə, millətinə və prezidentinə sadiq bir şəxsdir: "Azay Quliyev deputat kimi səmərəli və işgüzaq fəalıiyyəti ilə seçicilərinin rəğbətini qazanıb. O, ardıcıl olaraq 14 dəfə parlament jurnalistləri tərəfindən ilin ən fəal millət vəkili seçilib. Azay Quliyevin təşəbbüsü ilə iki qanun qəbul olunub, onlarla qanun layihələrinə əlavə və düzəlişlər edilib. Onun hazırladığı iki yeni qanun layihəsi hazırda Milli Məclisin mərkəzi aparatı tərəfindən baxılmaqdadır”.
Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO
Ş.Əlizamanlı bildirib ki, Azay Quliyev ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatda seçicilərini, Milli Məclisi və bütövlükdə dövlətimizi, xalqımızı ləyaqətlə təmsil edir. O hazırda türk-islam dünyasından yeganə şəxsdir ki, ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilməyə nail olub: “Onun parlament diplomatiyasının incəliyinə bələd olması, peşəkar fəaliyyəti və beynəlxalq arendakı nüfuzu və təcrübəsi imkan verdi ki, 2019- cu ildə yenidən 3 illiyə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə təkrar və özüdə yekdilliklə seçilə bilsin. Azay müəllim 2022-ci ilə kimi bu mühüm vəzifənin daşımaqla ATƏT-də Azərbaycanın milli maraqlarını qorumaqda davam edəcək”.

Seçki qərargahının media ilə iş üzrə koordinatoru Gündüz Abbaszadə bildirib ki, “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupu elan olunduğu gündən Azay Quliyevin seçki qərargahı böyük mütəşəkkilliklə fəaliyyətə başlayıb. Seçki qərargahına üzv olmaq üçün nüfuzlu ziyalıların, fəal gənclərin, bütün kateqoriyalardan olan seçicilərin müraciətləri hazırda da davam etməkdədir: “Biz imzatoplama mərhələsində seçicilərin Azay müəllimə necə sevgiylə yanaşdığını, həvəslə onun namizədliyinin qeydə alınması üçün imza verdiyinin bir daha şahidi olduq. Ona görə də bizim seçki kampaniyamızın bir fərqi də budur ki, biz seçki prosesini böyük könüllülər ordusu ilə birgə aparırıq. Bu günə olan məlumata görə 1000-dən çox könüllü deputatlığa namizəd Azay Quliyevin saytında qeydiyyatdan keçib: “8 saylı Binəqədi birinci seçki dairəsinin 47 mindən artıq seçicisi var. Fevralın 7-dək aparacağımız təbliğat-təşviqat kampaniyası çərçivəsində istisnasız olaraq seçki dairəsinin dislokasiyasına aid olan bütün məhəllələrdə görüşlər keçirəcəyik. Bütün evlərə Azay Quliyevin seçki bukletini çatdıracağıq. Yüzlərlə könüllümüzlə hər bir seçicinin əlini sıxmağa, istəyini, problemini dinləməyə çalışacağıq”.
Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO
G.Abbaszadə Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidmətinin yaradıldığını və bunun vətəndaşlar üçün unikal imkan olduğunu bildirib. Görüşdə iştirak edən bir seçici – Həsən Mehdi oğlu Mehdiyev müvafiq proseduru icra edərək e-kabinet sisteminin ilk istifadəçisi olub.

G.Abbaszadə çıxışında seçki qərargahının bütün üzvlərini sosial şəbəkələrdə daha da fəal olmağa çağırıb.

Azay Quliyevin seçki qərargahının könüllülər korpusunun koordinatoru Eldar Qurbanov cənab prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsinin gəncləri sevindirdiyini deyib. Dövlətimizin başçısının bu qərarı gənclərin potensiallarını daha səmərəli şəkildə reallaşdırmasına, özlərinə inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə verəcək. E.Qurbanov cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olan könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, dəyərlərinə bağlılıq və xidmət örnəyi olduğunu deyib. O, seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəklərini bildirib: “Qapıdan – qapıya” proqramı çərçivəsində Azay Quliyev haqqında bukletini 47 min seçicinin hamısına çatdıracağıq. Seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəyik. Bu gündən başlayaraq Azay müəllimin seçicilərlə bütün görüşlərini, aksiyalarımız, tədbirlər haqqında məlumatları böyük mütəşəkkiliklə sosial şəbəkələrdə yayacağıq. Əminəm ki, Binəqədidə sizinlə yeni mərhələsinin əsasını qoyduğumuz könüllülük hərəkatı Könüllülər ilinin ən yaddaqalan, aparıcı fəaliyyətlərindən biri olacaq”. E.Qurbanov azayguliyev.az saytında indiyədək 1000-dən artıq könüllünün qeydiyyatdan keçdiyini və bu prosesin hazırda da davam etdiyini vurğulayıb.
Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO
Tədbirdə Azay Quliyevin ötən 4 ildəki deputatlıq fəaliyyətinə aid hesabat xarakterli videoçarx, həmçinin, bu gündən etibarən seçicilərin ixtiyarına verilən e-kabinet sistemindən istifadə qaydalarına dair də videoçarx nümayiş etdirilib.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev çıxış edərək bildirib ki, təbliğat-təşviqat kampaniyasının ilk günündə bu qədər könüllünün ruh yüksəkliyini görmək, belə coşqu ilə prosesə start vermək çox qürurvericidir: “Siz bu gün belə möhtəşəmliyi yaratmaqla hər kəsə, xüsusilə ölkə ictimaiyyətinə açıq mesaj vermiş oldunuz. Bu mesajın adı qələbədir!

Bu gün 1000-dən çox seçici könüllü olaraq bizim “İslahatlara dəstək!” çağırışımızı eşidib bizim seçki qərargahının işində iştirak etmək üçün səfərbər olunublar.

Təssəvür edin ki, hər biriniz seçki günü 20-30 nəfəri, qonşularınızı, dairə ərazisində yaşayan dostlarınızı, tanışlarınızı və qohumlarınızı seçkiyə gətirsəniz bu 30 minə yaxın seçici deməkdir. Bu isə azad, ədalətli və demokratik seçkilərdə Sizin namizədinizin mütləq qələbəsi deməkdir. Mən şübhə etmirəm ki, bu belə də olacaq və biz hamımız birlikdə fevralın 9-da bu möhtəşəm qələbəni birgə qeyd edəcəyik”.

Azay Quliyev qeyd edib: “Mən keçən 4 ildə deputatınız olaraq Sizin mənə göstərdiyiniz yüksək etimadı doğrultmağa, üzləşdiyiniz problemin həlli üçün bütün güc və bacarığımı səfərbər etməyə, daim yanınızda olmağa və sizi layiqincə təmsil etməyə çalışdım. Heç bir seçicinin qaldırdığı məsələyə laqeyd qalmadım, hara çağırdınız ora getdim, hansı məmurun qapısını döyməyi lazım bildiniz onu etdim, bir sözlə üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdim. Elə məsələlər oldu ki, onların həlli deputat səlahiyyətlərindən kənara çıxdı, lakin burada da əlimdən gələni etməyə çalışdım”.

Azay Quliyev deyib ki, cənab Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatlar həm həcminə, həm siyasi məzmununa və nəticələrinə görə əvvəlkilərdən çox fərqlənir. İslahatlar həyatımızın hər bir sahəsini əhatə edir. Ölkəmiz ciddi şəkildə dəyişir, müasirləşir, inikşaf edir və nəticədə əhalinin sosial vəziyyəti get-gedə yaxşılaşır. Dövlətimiz güclənir, ictimai-siyasi sabitlik dönməz xarakter alır. Bu islahatlar demək olar ki, dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinin əsasını təşkil edir: “Bugünkü reallıq ondan ibarətdir ki, dövlətini və millətini sevən hər bir kəs cənab prezident tərəfindən həyata keçirilən bu islahatlara və dəyişikliyə dəstək verməlidir. Çünkü bu hər birimizin marağına və mənafeyinə xidmət edir. Mən şox sevinirəm ki, məhz sizlər bu zərurəti düzgün qiymətləndirərərk “İslahatlara dəstək” adlı təşəbbüs qrupu yaradaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən mənim deputatlığa namizədliyimi irəli sürdünüz. Bizim seçki şüarımız İslahatlara dəstəkdir! Əminəm ki, hamılıqla bu seçki prosesini uğurla başa vurub islahatlara dəstəyimizi fevralın 9-da öz səsimizlə açıq şəkildə ifadə edəcəyik”.
Kral adına buraxılan sikkə 1 milyona satıldı1937-ci ildə Kral VIII Eduardın adına buraxılan sikkə 1 milyon funt sterlinqə adının açıqlanmasını istəməyən kolleksiyaçıya satılıb.

Kult.az xəbər verir ki, bu, indiyədək satılan ən bahalı Britaniya sikkəsidir. Sonuncu dəfə ən bahalı sikkə 2014-cü ildə ABŞ kolleksiyaçısına 516 min funt sterlinqə satılmışdı.

22 karatlıq qızıldan hazırlanan 22 millimetr diametrində və 7,98 qram ağırlığında olan sikkə hazırda istifadə olunan sikkələrdən daha kiçik və yüngül çəkilidir. Yalnız 6 ədəd buraxılan sikkədən 4-ü muzeydə saxlanılır.

Xatırladaq ki, sikkələr Kral VIII Eduardın Böyük Britaniyaya 10 ay rəhbərlik etdiyi zaman hazırlanıb, lakin sonradan o, öz istəyi ilə hakimiyyətdən əl çəkərək Parisdə yaşamağa qərar verib.
Emin Fazil oğlu Əliyevin Seçki platformasıHörmətli Zəgilan və Qubadlı camaatı, məlumdur ki, 09 fevralda ölkəmizdə növbədənkənar Parlament seçkiləri keçiriləcəkdir. Mən Emin Fazil oğlu Əliyev bu seçkilərdə iştirak etmək məqsədilə namizədliyimi irəli sürmüşəm. Bu günədək əldə etdiyim bilik, bacarıq və təcrübələri bundan sonrakı dövrdə daha böyük miqyasda Dövlətimizə, millətimizə sərf edəcək, Zəngilan və Qubadlı camaatına faydalı bir şəxs olmağa çalışacağam.

Qısa məlumat:

Əliyev Emin Fazil oğlu 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

1998-ci ildə İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbi bitirmişdir.
2002-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin bakalavr, 2004-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasını bitirmişdir. 1 kitab, 30 elmi-araşdırma məqaləsinin müəllifidir.

Əlavə təhsili və iştirak etdiyi kurslar:

2013-cü ildə Birləşmiş Ərəb Əmirliklərində insan resurslarının idarə edilməsi kurslarında
2013 və 2018-ci illərdə Almaniya Federativ Respublikasında idarəetmə kurslarında
2017-ci ildə İsrail Dövlətində aqrar sahənin idarə edilməsi kurslarında
2018-ci ildə Yaponiyada kiçik və orta biznesin inkişafı seminarında təlim keçmişdir.

Pedaqoji fəaliyyəti:

2004-2006 və 2012-2014-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsində müəllim
2015-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment fakültəsində müəllim işləmişdir.

Peşəkar iş təcrübəsi:

2008-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində çalışmışdır.
2010-2016-cı illərdə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır.
2016-2018-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

03.07.2018-10.01.2020-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır.
2019-cu ilin iyunundan “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları assosiasiyası”-nı təsis etmişdir, həmin qurumun sədridir.

Bildiyi xarici dillər:

İngilis və rus dillərini mükəmməl bilir.

Ailəlidir, 3 qızı və 2 oğlu vardır.

Yeniləşən Azərbaycan, yeniləşən Milli Məclis!

Ölkəmizdə həyata keçirilməyə başlayan islahat və dəyişikliklər Milli Məclisin də yeniləşməsi və bu prosesdə müasir görüşlü, dinamik, peşəkar insanların Parlamentə cəlb edilməsi ilə davam edir. Qanunverici hakimiyyət olan parlament icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinin əsasını təmin edir. Milli Məclis dövlətin bütün sahələrdə baza sənədinin-qanunlarının təminatçısıdır. 21-ci əsrdə Dövlətimizin dünyanın qabaqcıl dövlətləri ilə ayaqlaşması üçün qanunyaradıcılara və qanun təminatçılarına ehtiyacı artacaqdır. Milli Məclisin yeniləşməsi onun görüntüsünün deyil, mahiyyətinin dəyişməsi deməkdir! Biz mahiyyət dəyişikliyinin bir hissəsi olacağıq!

Xalqa yaxın və xalqın içində olan millət vəkili!

Millət vəkili icraedici orqanın əməkdaşı deyildir ki, hansısa bir məişət çətinlikləri, infrastruktur məsələləri, sosial məsələləri həll etsin və bununla bağlı vəd versin. Millət vəkili seçildiyi dairənin Parlamentdəki nümayəndəsidir! O, xalqın və dövlətin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində xalqın aidiyyəti qurumlarda lobbiçiliyini etməli və insanların problemlərinin həllinin sürətlənməsini təmin etməlidir. Milli qanunvericilik millət vəkilinə bu sahədə ciddi səlahiyyətlər nəzərdə tutub. Yetər ki, bu səlahiyyətlər xalq üçün istifadə edilsin!

Emin Əliyevin qapısı hər bir zəngilanlı və qubadlılıya, eyni zamanda bütün azərbaycanlılara açıq olacaqdır!

Zəngilan və Qubadlı camaatı ilə iş!

Hər ayın sonuncu şənbə günü əvvəlcədən müəyyən edilmiş məkanda Zəngilan və Qubadlı camaatı ilə görüşəcəyəm.
Hər bir zəngilanlı və qubadlılı Emin Əliyevin şəxsi mobil və iş nömrəsini biləcək və birbaşa əlaqə yaratmaq imkanına sahib olacaq.

Zəngilan və Qubadlı camaatının lobbiçiliyi mümkün bütün qurumlarda ediləcək. Zəngilan və Qubadlı camaatının intellektual, savadlı, innovativ gəncləri ilə iki ayda bir dəfə olmaqla dəyirmi masalar təşkil ediləcək, Milli Məclisdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi və püxtələşməsi üçün, eyni zamanda qanun çərçivəsində layihələrin müzakirə edilməsi və onların da təkmilləşdirilməsi üçün görüş təşkil ediləcəkdir.

Hər ayda bir dəfə Zəngilan və ya Qubadlı məktəblərində şagirdlərlə görüşlər təşkil olunacaq və onlara dövlətçilik ənənələri istiqamətində mühazirələrin verilməsi təmin ediləcəkdir.

Milli Məclisdə fəaliyyət!

Millət vəkili Milli Məclisdə mütəmadi olaraq fikir bildirməli, problemləri səsləndirməli, onun həll edilməsini tələb etməli, qanunvericilik, qanunyaradıcılıq prosesində fəal iştirak etməli, Ölkəni, milləti aidiyyəti tədbirlərdə, xarici ölkələrdə layiqincə təmsil etməlidir. Zəngilan və Qubadlı camaatı vüqarlı, cəsarətli və çalışqandır.
Onlar vüqarlı, cəsarətli, çalışqan, ləyaqətli bir millət vəkilinə layiqdir!

Zəngilan və Qubadlı camaatının müvəqqəti məskunlaşdığı bütün ərazilərdə idarəetmə, iqtisadi, sosial, aqrar, infrastruktur, təhsil, səhiyyə, mədəni inkişaf problemləri ilə bağlı fəaliyyət!

- Aidiyyəti icra strukturlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq qaldırılmış məsələlərin həllinin sürətləndirilməsinin təmin edilməsi;

- Vətəndaşların ərizə, müraciət, şikayət və təkliflərinin araşdırılması və cavabsız qoyulmamasının təmin edilməsi;

- Sosial-iqtisadi problemlərin həllində yerli icra orqanlarının işlərinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətin təmin edilməsi;

- Dövlət büdcəsinin müzakirələri zamanı Zəngilan və Qubadlı camaatının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlı sahibkarlarının, iş adamlarının işlərinin inkişaf etdirilməsi istiqamətində əlverişli şəraitin yaradılması üçün fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlı gənclərinin beynəlxalq aləmə çıxış imkanlarının genişləndirilməsinin təmin edilməsi;

- İşğaldan öncə ənənəvi aqrar rayonlar olan Zəngilan və Qubadlının bu sahədə təcrübəsi bilik və bacarığı olan mütəxəssislərinin, sahibkarlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq ərazilərin ayırılması, bu sahədəki inkişaf tendensiyalarına Zəngilan və Qubadlı camaatının da aktiv qoşulmasının təmin edilməsi;

- Müvəqqəti olaraq məskunlaşılmış yerlərdə uşaqların, yeniyetmələrin, gənclərin, ahılların, qocaların fiziki və zehni fəaliyyətlərinin, istirahət hüquqlarının təmin olunması üçün imkanların təsis edilməsi yönündə fəaliyyətin göstərilməsi;

- Millət vəkilinin nüfuzu və statusundan istifadə edərək müvəqqəti məskunlaşma yerlərində infrastruktur şəraitinin yaxşılaşdırılması, köhnə yolların bərpası, yeni yolların çəkilməsi, su-kanalizasiya, təbii qaz, elektrik təchizatları, əyləncə-istirahət məkanları, tibbi məntəqə, aptek, xeyir-şər yerləri, parklar və bu qəbildən olan obyektlərin qurulması məsələsində həm dövlət, həm də kommersiya subyektləri qarşısında məsələ qaldırmaq, lobbiçilik etmək və bu məkanların təmin edilməsini təşkil etmək;

- Uşaq bağçalarının saylarının və xidmət keyfiyyətlərinin artırılması istiqamətində həm dövlət, eyni zamanda özəl sahibkarlıq qurumları qarşısında məsələlərin qaldırılması və nəticələrin əldə edilməsinə çalışılması;

- İxtisaslı kadr olaraq təqaüdə çıxmış insanların bölgəmizin inkişafı istiqamətində fəaliyyətlərinin koordinasiyası, müxtəlif formada işlərə cəlb edilməsi və yenidən aktivliklərinin təmin edilməsi ilə cəmiyyətə faydalı şəxs olmasının təşkil edilməsi;

- Potensiallı Zəngilan və Qubadlı gənclərinin dünyanın qabaqcıl ölkələrinin universitetlərində təhsil alması üçün dövlət və sahibkarlıq strukturları qarşısında məsələ qaldırılması və onların millətimizə xeyirli bir kadr kimi yetişmələri üçün xaricdə təhsil imkanlarının təmin edilməsi;

- Zəngilan və Qubadlının idman ənənələrinin daha da inkişaf etdirilməsi, xüsusilə, şahmat, futbol, güləş, yüngül atletika sahələrində dünya səviyyəli idmançıların yetişməsi və təqdim edilməsinin təmin edilməsi. Eyni zamanda müxtəlif müvəqqəti məskunlaşma məkanlarında idman zallarının yaradılması istiqamətində dövlət və sahibkarlıq qurumları qarşısında məsələ qaldırılması və bunun təmin edilməsi;

- Zəngilan və Qubadlı alimlərinin cəmiyyətdə təbliğinin gücləndirilməsi, onların təbliği sahəsində fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlıdan olan şəhidlərin adlarının əbədiləşdirilməsi, onların gənclərə nümunə göstərilməsi istiqamətində tədbirlərin təşkili və şücaət göstərmiş Zəngilan və Qubadlı şəhid və qazilərinin orden, medal, dövlət təltifləri ilə təmin edilməsi istiqamətində fəaliyyətin göstərilməsi;

- Şəhid və qazi ailələrinə xüsusi diqqət göstərilməsi, onların problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;

- Müvəqqəti məskunlaşma bölgələrində kitabxanaların, kitab mağazalarının yaradılması istiqamətində dövlət və sahibkarlıq orqanları qarşısında məsələlərin qaldırılması və bunların təmin edilməsi;

- Mütəxəssislərin, universitet məzunlarının iş yerləri ilə təmin edilməsi, təcrübə proqramlarına cəlb edilməsi istiqamətində fəaliyyətin göstərilməsi;

- Zərərli vərdişlərdən gənclərimizin uzaq durması istiqamətində təbliğat fəaliyyətinin gücləndirilməsi;

- Zəngilan və Qubadlının mədəniyyət adamlarının potensialından istifadə edilməsi və yeni nəslin nümayəndələrinin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi;

- Orta təhsil müəssisələrində təhsilin keyfiyyətinin inkişaf etdirilməsi və yüksək bal ilə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin sayının artırılması istiqamətində fəaliyyətin göstərilməsi. Eyni zamanda onların digər yeniyetmə və gənclərə nümunə olaraq təqdim edilməsi istiqamətində təbliğat işlərinin aparılması.

Gənclərin inkişafı sahəsində fəaliyyət!

- Gənclər cəmiyyətimizin aktiv və ümidverici hissəsidir. Gənclərimizə dəstək veriləcəkdir. Onların intellektual imkanları məhdudlaşdırılmamalı, əksinə, geniş və əhatəli düşünmələri üçün imkanlar yaradılmalıdır. Mən gənclərlə bərabər olacağam!

- Gənclərin dil biliklərinin artırılması istiqamətində fəaliyyət göstərəcəyəm;

- İnformasiya texnologiyaları, dəqiq elm sahələri, elektronlaşdırma sahəsində olan gənclərə xüsusi dəstək verəcəyəm;

- Yaradıcı gənclərin yanında olacağam;

- İntellektual oyun klublarının qurulmasını təmin edib və bu klubun ölkə çempionatlarında iştirakını təmin edəcəyəm;

- Yüksək bal toplamış gənclərimizin hər bir qayğısı ilə şəxsən maraqlanacağam və onların təbliğini və digərlərinə nümunə göstərilməsini şəxsən özüm təşkil edəcəyəm;

- Gənclərimizi ölkəmizin bölgələrini tanımaq, bu bölgələrə səfərlərini təmin etmək üçün dövlət və sahibkarlıq qurumları qarşısında məsələlər qaldıracaq və bunu təmin etməyə çalışacağam;

- Gənclərimizlə mütəmadi görüşlər keçirib onların fikirləri ilə maraqlanaraq, onlarda özünəinam, vətənpərvərlik hisslərinin və dövlətə bağlılıq şüurunun inkişafında şəxsən iştirak edəcəyəm;

- Gənclərimizlə bölgəmizin ağsaqqallarının ildə iki dəfə görüşünü təşkil edəcəyəm. Yaşlı nəslin təcrübəsi ilə gənc nəslin yaradıcılığının və dinamikliyinin sintezini təşkil edəcəyəm;

Gənc alimlərimizin təbliğini şəxsən aparacağam.

Qarabağ probleminin həlli istiqamətində fəaliyyət!

Bu problemin həllinin nəzəri olaraq iki yolu vardır: diplomatik danışıqlar və hərbi əməliyyatlar. Bu problemin həlli istiqamətində iş məntiqi ardıcıllıqla davam etdiriləcəkdir. Yəni öncə danışıqlarda bütün variantların sınaqdan keçirilməsi, diplomatik fəaliyyətin bütün imkanlarından yararlanılması və bu imkanlar tükənəcəyi təqdirdə hərbi əməliyatlara başlanılması və qısa müddətli əməliyyatlarla işğal edilmiş torpaqların azad edilməsi. Milli Məclis bu istiqamətdə bu günə qədər kifayət qədər fəallıq göstərmişdir. Yeni formalaşdırılacaq Milli Məclisin bu ümummilli məsələdə yenə də fəallıq göstərəcəyinə əminəm. Mən bu günədək torpaqlarımızın Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsi faktının və onun acı nəticələrinin təbliğini apardığım kimi millət vəkili olacağım təqdirdə bu sahədə yaranmış fürsətlərdən maksimum yararlanacağam
İlham Əliyev Davos İqtisadi Forumunun işində iştirak edəcəkAzərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunun işində iştirak edəcək.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bildiyiniz kimi, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda fəal iştirak edir. Forum çərçivısində Prezident keçirilən seminarlar, danışıqlar və biznes ictimaiyyətinin nümayəndələri ilə konfranslarda, həmçinin tərəfdaş ölkələrinin başçıları, beynəlxalq təşkilatların rəsmi şəxsləri ilə görüşlər keçirir”, - deyə H.Hacıyev cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, forumlar çərçivısində keçirilən danışıqlar Azərbaycana müəyyən müsbət nəticələr əldə etməyə imkan verib.

“Buna görə biz keçiriləcək forumda da fəal iştirak edəcəyik”, - H.Hacıyev vurğulayıb.

İnterfax.az xatırladır ki, bu il Davos İqtisadi Forumu 20-24 yanvar tarixlərində keçiriləcək.
Azərbaycan jurnalistləri 2019-cu ildə: JuHİ illik hesabatını açıqlayıbJurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu ildə sosial durumlarının və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğusunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ümumilikdə ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 50 ümumrespublika yayımlı KIV redaksiyasının əməkdaşları cəlb olunublar.

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2019-cu ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində ciddi irəliləyiş olub

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir edib, tendensiya media müstəvisində də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində ciddi dönüş müşahidə edilib. Sorğuya cəlb edilənlərin 97 faizi bildiriblər ki, çalışdıqları redaksiyalarda son bir ildə fərdi əmək müqavilələri bağlanılmasına çalışılıb. Müqayisə üçün bildirək ki, bu göstərici əvvəlki illərdə 90 % -dən də aşağı olub. Həmçinin, əvvəlki illərdə əmək müqavilələri ilə bağlı əsas problemlər:

– fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,

– Əmək müqaviləsi və ya “xidmət müqaviləsi”nin redaksiyalarda hər kəsə tətbiq edilməməsi,

– Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğ təşkil etməsi

və sair formalarda müşahidə edilirdi.

Belə hallar işəgötürənin xeyrinə olaraq, həmin müqavilələlərə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. Jurnalistlərə “xidmət müqaviləsi”nin tətbiq edilməsi onların əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edirdi. Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi isə, qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərən amillərdən idi. Son illər ərzində, o cümləıdən, 2019-cu ildə həyata keçirilən dəyişikliklər bu problemlərin sürətlə aradan qaldırılması tendensiyası yaradıb.

Əmək haqqı, orta aylıq gəlirlərdə artım olub

Bu kontekstdə diqqət çəkən məqam ondan ibarətdir ki, aylıq gəlirləri 700-900 manat civarında olan jurnalistlərin sayı 2019-cu ildə ötən illərlə müqayisədə əhəmiyyətli şəkildə artıb. Beləki, bu kateqoriyadan olanlar ümumi sorğu iştirakçılarının 72 faizini təşkil ediblər. Müqayisə üçün bildirək ki, 2018-ci ildə rəyi soruşulanların 4 faizi 350-500 manat, 61 faizi 500-700 manat, yalnız 31 faizi isə 700-900 manat civarında aylıq gəlir əldə etdiklərini bildirmişdilər. 2019-cu ildə 700-900 manat miqdarında əmək haqqı alan jurnalistlərin kəmiyyəti 41 faiz artaraq 72 faizə çatıb.

Sorğu iştirakçıları 2019-cu ildə jurnalistlərin durumlarına müsbət təsir edən

və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:

Dövlət və hökumət təmsilçilərinin sosial mediada aktivliyi, interaktiv münasibətlərə önəm vermələri diqqət çəkib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də bu sahədə xüsusi aktivlik nəzərə çarpıb ki, bu da jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında təmasların inkişafına, suallarının cavablandırılmasına şərait yaradıb.
Dövlət və hökumət strukturlarının, o cümlədən, əksər özəl şirkətlərin mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələrinin keyfiyyətcə yenilənməsi prosesi də, 2018-ci ildə olduğu kimi, davam edib. 2018-ci ildə təqribən 28, 2019-cu ildə isə təqribən 17 nazirlik, idarə, müəssisə və şirkətlərdə informasiya verilməsinə məsul olan şəxslər dəyişdirilmiş, bu ştatlara peşəkar, aktiv jurnalistlər təyinat almışlar.

Real TV, o cümlədən, bir neçə yeni onlayn media qurumu fəaliyyətə başlamış, peşəkar media qurumlarının kəmiyyəti artmış, peşəkar jurnalistlər üçün iş yerlərinin sayı çoxalmışdır.

APA holdinqə daxil olan informasiya resurslarının, həmçinin, “Ayna” qəzetinin öz fəaliyyətlərini bərpa etmələri də ilin diqqət çəkən media hadisələri sırasında olmuşdur.
İctimai Televiziyada, o cümlədən, Azərbaycan Dövlət Televiziyasında ciddi dəyişikliklərin aparılması, plüralist məzmun yaratmağa doğru ciddi addımların atılması, pluralizmə açılma tendensiyasının il boyu əsas xətt kimi inkişaf etdirilməsi ciddi media hadisəsi kimi diqqət çəkmişdir.

Həbsə düşmələri jurnalistik fəaliyytlə əlaqələndirilməsə də, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən, “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin həbsdən azad edilməsi də media ictimaiyyəti tərəfindən diqqət çəkən məqamlardan olmuşdur.

Tendensiyaya çevrilməsə də, KİV redaksiyalarına və fərd olaraq jurnalistlərə qarşı hədələmə, təhdid etmə, qısa müddətli saxlanılma kimi hallara təsadüf edilib.
“Azadlıq” Radiosunun müxbiri İslam Şıxəli, “az” xəbər saytının baş redaktoru Şəmşad Ağa, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu və başqalarının rastlaşdıqları bu problemlər aradan qaldırılsa da, narahatlıq doğurub.

Fəaliyyətləri və həbsləri birbaşa media ilə əlaqəli olmasa da, az adlı saytın baş redaktoru qismində təqdim edilən Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva), Realliq.info saytının baş redaktoru İkram Rəhimovun, Xeberman.com və Press-az.com informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Poladuvun həbs edilmələri də qeydə alınıb.

Press Reliz haqqında daha ətraflı məlumat almaq üçün JuHİ sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlayın.
Email: [email protected]

tel: +99450-324-6530

JuHİ Mətbuat Xidməti
Terrorçu Paşinyana məktub yazdı: Köməyə hazıramErmənistan parlamentindəki teraktı həyata keçirən Nairi Unanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasından Baş nazir Nikol Paşinyana məktub yazıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məktubda Unanyan parlament teraktı ilə bağlı cinayət işinin təhqiqatının yeniləməsi barədə qərarı alqışladığını bildirib. O, təhqiqatda iştirak etməyə hazır olduğunu, teraktın təşkilatçılarının aşkarlanmasında səy göstərəcəyini deyib.

Qeyd edək ki, Ermənistanda parlament teraktı 1999-cu ilin oktyabrında baş verib. Nəticədə ölkənin baş naziri, spikeri və bir neçə nazirlə deputat həlak olub. Teraktı həyata keçirən qrupa daşnak Nairi Unanyan rəhbərlik edib. Unanyan ömürlük həbs cəzasına məhkum olunub.

Ermənistan bir müddət əvvəl teraktın araşdırılmasını yeniləyib. Paşinyan hökuməti teraktın təşkilini müxtəlif vasitələrlə Robert Köçəryana bağlamağa cəhd edir.
Rusiyanın yeni baş nazirinin anası erməni çıxdıRusiyanın yeni Baş naziri Mixail Mişustinin ermənilərlə qohumluğu üzə çıxıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Woman.ru” saytı yayıb. Sayt Mişustinin anasının erməni olduğunu bildirib:

“Mişustinin anası ermənidir. Deyilənə görə, onun kökü Tayçarux kəndindəndir. Mixail Mişustinin əcdadlarının Rusiyaya gəldikdən sonra bu soyadı götürdükləri güman olunur”.
Ermənistanın kəşfiyyat şefi güllələndi - ŞokErmənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın cəsədi bu gün İrəvandakı evində aşkarlanıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Xidməti yayıb. Onun cəsədində odlu silahdan açılan atəş nəticəsində yaranan yara izi aşkarlanıb.

“Qraparak” qəzeti Kutoyanın evində boş konyak butulkası və şəxsi tapançası aşkarlandığını bildirib. Hər iki predmetin Kutoyanın cəsədinin yanında olduğu vurğulanıb. Qəzet onun ağızından atəş açıldığını qeyd edib. Kutoyanın son zamanlar depressiyada olduğu vurğulanıb.

Qeyd edək ki, Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilə qədər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. O, bu vəzifəyə təyin edilməzdən öncə Serj Sərkisyanın hüquqi məsələlər üzrə köməkçisi vəzifəsini icra edib.

Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. O, Rusiyanın Rostov Dövlət Universitetində hüquq təhsili alıb.

2019-cu ilin sentyabrında Ermənistanın keçmiş polis rəisi Ayk Arutyunyan evində ölü tapılmışdı. Onun da başında odlu silah yarası qeydə alınmışdı. Arutyunyanın Köçəryanla bağlı cinayət işində əsas şahidlərdən olduğu iddia edilmişdi.