Sizin Reklam Burada

Emin Fazil oğlu Əliyevin Seçki platforması

Emin Fazil oğlu Əliyevin Seçki platformasıHörmətli Zəgilan və Qubadlı camaatı, məlumdur ki, 09 fevralda ölkəmizdə növbədənkənar Parlament seçkiləri keçiriləcəkdir. Mən Emin Fazil oğlu Əliyev bu seçkilərdə iştirak etmək məqsədilə namizədliyimi irəli sürmüşəm. Bu günədək əldə etdiyim bilik, bacarıq və təcrübələri bundan sonrakı dövrdə daha böyük miqyasda Dövlətimizə, millətimizə sərf edəcək, Zəngilan və Qubadlı camaatına faydalı bir şəxs olmağa çalışacağam.

Qısa məlumat:

Əliyev Emin Fazil oğlu 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

1998-ci ildə İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbi bitirmişdir.
2002-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin bakalavr, 2004-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasını bitirmişdir. 1 kitab, 30 elmi-araşdırma məqaləsinin müəllifidir.

Əlavə təhsili və iştirak etdiyi kurslar:

2013-cü ildə Birləşmiş Ərəb Əmirliklərində insan resurslarının idarə edilməsi kurslarında
2013 və 2018-ci illərdə Almaniya Federativ Respublikasında idarəetmə kurslarında
2017-ci ildə İsrail Dövlətində aqrar sahənin idarə edilməsi kurslarında
2018-ci ildə Yaponiyada kiçik və orta biznesin inkişafı seminarında təlim keçmişdir.

Pedaqoji fəaliyyəti:

2004-2006 və 2012-2014-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsində müəllim
2015-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment fakültəsində müəllim işləmişdir.

Peşəkar iş təcrübəsi:

2008-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində çalışmışdır.
2010-2016-cı illərdə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır.
2016-2018-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

03.07.2018-10.01.2020-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır.
2019-cu ilin iyunundan “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları assosiasiyası”-nı təsis etmişdir, həmin qurumun sədridir.

Bildiyi xarici dillər:

İngilis və rus dillərini mükəmməl bilir.

Ailəlidir, 3 qızı və 2 oğlu vardır.

Yeniləşən Azərbaycan, yeniləşən Milli Məclis!

Ölkəmizdə həyata keçirilməyə başlayan islahat və dəyişikliklər Milli Məclisin də yeniləşməsi və bu prosesdə müasir görüşlü, dinamik, peşəkar insanların Parlamentə cəlb edilməsi ilə davam edir. Qanunverici hakimiyyət olan parlament icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinin əsasını təmin edir. Milli Məclis dövlətin bütün sahələrdə baza sənədinin-qanunlarının təminatçısıdır. 21-ci əsrdə Dövlətimizin dünyanın qabaqcıl dövlətləri ilə ayaqlaşması üçün qanunyaradıcılara və qanun təminatçılarına ehtiyacı artacaqdır. Milli Məclisin yeniləşməsi onun görüntüsünün deyil, mahiyyətinin dəyişməsi deməkdir! Biz mahiyyət dəyişikliyinin bir hissəsi olacağıq!

Xalqa yaxın və xalqın içində olan millət vəkili!

Millət vəkili icraedici orqanın əməkdaşı deyildir ki, hansısa bir məişət çətinlikləri, infrastruktur məsələləri, sosial məsələləri həll etsin və bununla bağlı vəd versin. Millət vəkili seçildiyi dairənin Parlamentdəki nümayəndəsidir! O, xalqın və dövlətin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində xalqın aidiyyəti qurumlarda lobbiçiliyini etməli və insanların problemlərinin həllinin sürətlənməsini təmin etməlidir. Milli qanunvericilik millət vəkilinə bu sahədə ciddi səlahiyyətlər nəzərdə tutub. Yetər ki, bu səlahiyyətlər xalq üçün istifadə edilsin!

Emin Əliyevin qapısı hər bir zəngilanlı və qubadlılıya, eyni zamanda bütün azərbaycanlılara açıq olacaqdır!

Zəngilan və Qubadlı camaatı ilə iş!

Hər ayın sonuncu şənbə günü əvvəlcədən müəyyən edilmiş məkanda Zəngilan və Qubadlı camaatı ilə görüşəcəyəm.
Hər bir zəngilanlı və qubadlılı Emin Əliyevin şəxsi mobil və iş nömrəsini biləcək və birbaşa əlaqə yaratmaq imkanına sahib olacaq.

Zəngilan və Qubadlı camaatının lobbiçiliyi mümkün bütün qurumlarda ediləcək. Zəngilan və Qubadlı camaatının intellektual, savadlı, innovativ gəncləri ilə iki ayda bir dəfə olmaqla dəyirmi masalar təşkil ediləcək, Milli Məclisdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi və püxtələşməsi üçün, eyni zamanda qanun çərçivəsində layihələrin müzakirə edilməsi və onların da təkmilləşdirilməsi üçün görüş təşkil ediləcəkdir.

Hər ayda bir dəfə Zəngilan və ya Qubadlı məktəblərində şagirdlərlə görüşlər təşkil olunacaq və onlara dövlətçilik ənənələri istiqamətində mühazirələrin verilməsi təmin ediləcəkdir.

Milli Məclisdə fəaliyyət!

Millət vəkili Milli Məclisdə mütəmadi olaraq fikir bildirməli, problemləri səsləndirməli, onun həll edilməsini tələb etməli, qanunvericilik, qanunyaradıcılıq prosesində fəal iştirak etməli, Ölkəni, milləti aidiyyəti tədbirlərdə, xarici ölkələrdə layiqincə təmsil etməlidir. Zəngilan və Qubadlı camaatı vüqarlı, cəsarətli və çalışqandır.
Onlar vüqarlı, cəsarətli, çalışqan, ləyaqətli bir millət vəkilinə layiqdir!

Zəngilan və Qubadlı camaatının müvəqqəti məskunlaşdığı bütün ərazilərdə idarəetmə, iqtisadi, sosial, aqrar, infrastruktur, təhsil, səhiyyə, mədəni inkişaf problemləri ilə bağlı fəaliyyət!

- Aidiyyəti icra strukturlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq qaldırılmış məsələlərin həllinin sürətləndirilməsinin təmin edilməsi;

- Vətəndaşların ərizə, müraciət, şikayət və təkliflərinin araşdırılması və cavabsız qoyulmamasının təmin edilməsi;

- Sosial-iqtisadi problemlərin həllində yerli icra orqanlarının işlərinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətin təmin edilməsi;

- Dövlət büdcəsinin müzakirələri zamanı Zəngilan və Qubadlı camaatının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlı sahibkarlarının, iş adamlarının işlərinin inkişaf etdirilməsi istiqamətində əlverişli şəraitin yaradılması üçün fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlı gənclərinin beynəlxalq aləmə çıxış imkanlarının genişləndirilməsinin təmin edilməsi;

- İşğaldan öncə ənənəvi aqrar rayonlar olan Zəngilan və Qubadlının bu sahədə təcrübəsi bilik və bacarığı olan mütəxəssislərinin, sahibkarlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq ərazilərin ayırılması, bu sahədəki inkişaf tendensiyalarına Zəngilan və Qubadlı camaatının da aktiv qoşulmasının təmin edilməsi;

- Müvəqqəti olaraq məskunlaşılmış yerlərdə uşaqların, yeniyetmələrin, gənclərin, ahılların, qocaların fiziki və zehni fəaliyyətlərinin, istirahət hüquqlarının təmin olunması üçün imkanların təsis edilməsi yönündə fəaliyyətin göstərilməsi;

- Millət vəkilinin nüfuzu və statusundan istifadə edərək müvəqqəti məskunlaşma yerlərində infrastruktur şəraitinin yaxşılaşdırılması, köhnə yolların bərpası, yeni yolların çəkilməsi, su-kanalizasiya, təbii qaz, elektrik təchizatları, əyləncə-istirahət məkanları, tibbi məntəqə, aptek, xeyir-şər yerləri, parklar və bu qəbildən olan obyektlərin qurulması məsələsində həm dövlət, həm də kommersiya subyektləri qarşısında məsələ qaldırmaq, lobbiçilik etmək və bu məkanların təmin edilməsini təşkil etmək;

- Uşaq bağçalarının saylarının və xidmət keyfiyyətlərinin artırılması istiqamətində həm dövlət, eyni zamanda özəl sahibkarlıq qurumları qarşısında məsələlərin qaldırılması və nəticələrin əldə edilməsinə çalışılması;

- İxtisaslı kadr olaraq təqaüdə çıxmış insanların bölgəmizin inkişafı istiqamətində fəaliyyətlərinin koordinasiyası, müxtəlif formada işlərə cəlb edilməsi və yenidən aktivliklərinin təmin edilməsi ilə cəmiyyətə faydalı şəxs olmasının təşkil edilməsi;

- Potensiallı Zəngilan və Qubadlı gənclərinin dünyanın qabaqcıl ölkələrinin universitetlərində təhsil alması üçün dövlət və sahibkarlıq strukturları qarşısında məsələ qaldırılması və onların millətimizə xeyirli bir kadr kimi yetişmələri üçün xaricdə təhsil imkanlarının təmin edilməsi;

- Zəngilan və Qubadlının idman ənənələrinin daha da inkişaf etdirilməsi, xüsusilə, şahmat, futbol, güləş, yüngül atletika sahələrində dünya səviyyəli idmançıların yetişməsi və təqdim edilməsinin təmin edilməsi. Eyni zamanda müxtəlif müvəqqəti məskunlaşma məkanlarında idman zallarının yaradılması istiqamətində dövlət və sahibkarlıq qurumları qarşısında məsələ qaldırılması və bunun təmin edilməsi;

- Zəngilan və Qubadlı alimlərinin cəmiyyətdə təbliğinin gücləndirilməsi, onların təbliği sahəsində fəaliyyətin təmin edilməsi;

- Zəngilan və Qubadlıdan olan şəhidlərin adlarının əbədiləşdirilməsi, onların gənclərə nümunə göstərilməsi istiqamətində tədbirlərin təşkili və şücaət göstərmiş Zəngilan və Qubadlı şəhid və qazilərinin orden, medal, dövlət təltifləri ilə təmin edilməsi istiqamətində fəaliyyətin göstərilməsi;

- Şəhid və qazi ailələrinə xüsusi diqqət göstərilməsi, onların problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;

- Müvəqqəti məskunlaşma bölgələrində kitabxanaların, kitab mağazalarının yaradılması istiqamətində dövlət və sahibkarlıq orqanları qarşısında məsələlərin qaldırılması və bunların təmin edilməsi;

- Mütəxəssislərin, universitet məzunlarının iş yerləri ilə təmin edilməsi, təcrübə proqramlarına cəlb edilməsi istiqamətində fəaliyyətin göstərilməsi;

- Zərərli vərdişlərdən gənclərimizin uzaq durması istiqamətində təbliğat fəaliyyətinin gücləndirilməsi;

- Zəngilan və Qubadlının mədəniyyət adamlarının potensialından istifadə edilməsi və yeni nəslin nümayəndələrinin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi;

- Orta təhsil müəssisələrində təhsilin keyfiyyətinin inkişaf etdirilməsi və yüksək bal ilə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin sayının artırılması istiqamətində fəaliyyətin göstərilməsi. Eyni zamanda onların digər yeniyetmə və gənclərə nümunə olaraq təqdim edilməsi istiqamətində təbliğat işlərinin aparılması.

Gənclərin inkişafı sahəsində fəaliyyət!

- Gənclər cəmiyyətimizin aktiv və ümidverici hissəsidir. Gənclərimizə dəstək veriləcəkdir. Onların intellektual imkanları məhdudlaşdırılmamalı, əksinə, geniş və əhatəli düşünmələri üçün imkanlar yaradılmalıdır. Mən gənclərlə bərabər olacağam!

- Gənclərin dil biliklərinin artırılması istiqamətində fəaliyyət göstərəcəyəm;

- İnformasiya texnologiyaları, dəqiq elm sahələri, elektronlaşdırma sahəsində olan gənclərə xüsusi dəstək verəcəyəm;

- Yaradıcı gənclərin yanında olacağam;

- İntellektual oyun klublarının qurulmasını təmin edib və bu klubun ölkə çempionatlarında iştirakını təmin edəcəyəm;

- Yüksək bal toplamış gənclərimizin hər bir qayğısı ilə şəxsən maraqlanacağam və onların təbliğini və digərlərinə nümunə göstərilməsini şəxsən özüm təşkil edəcəyəm;

- Gənclərimizi ölkəmizin bölgələrini tanımaq, bu bölgələrə səfərlərini təmin etmək üçün dövlət və sahibkarlıq qurumları qarşısında məsələlər qaldıracaq və bunu təmin etməyə çalışacağam;

- Gənclərimizlə mütəmadi görüşlər keçirib onların fikirləri ilə maraqlanaraq, onlarda özünəinam, vətənpərvərlik hisslərinin və dövlətə bağlılıq şüurunun inkişafında şəxsən iştirak edəcəyəm;

- Gənclərimizlə bölgəmizin ağsaqqallarının ildə iki dəfə görüşünü təşkil edəcəyəm. Yaşlı nəslin təcrübəsi ilə gənc nəslin yaradıcılığının və dinamikliyinin sintezini təşkil edəcəyəm;

Gənc alimlərimizin təbliğini şəxsən aparacağam.

Qarabağ probleminin həlli istiqamətində fəaliyyət!

Bu problemin həllinin nəzəri olaraq iki yolu vardır: diplomatik danışıqlar və hərbi əməliyyatlar. Bu problemin həlli istiqamətində iş məntiqi ardıcıllıqla davam etdiriləcəkdir. Yəni öncə danışıqlarda bütün variantların sınaqdan keçirilməsi, diplomatik fəaliyyətin bütün imkanlarından yararlanılması və bu imkanlar tükənəcəyi təqdirdə hərbi əməliyatlara başlanılması və qısa müddətli əməliyyatlarla işğal edilmiş torpaqların azad edilməsi. Milli Məclis bu istiqamətdə bu günə qədər kifayət qədər fəallıq göstərmişdir. Yeni formalaşdırılacaq Milli Məclisin bu ümummilli məsələdə yenə də fəallıq göstərəcəyinə əminəm. Mən bu günədək torpaqlarımızın Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsi faktının və onun acı nəticələrinin təbliğini apardığım kimi millət vəkili olacağım təqdirdə bu sahədə yaranmış fürsətlərdən maksimum yararlanacağam

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər