Sizin Reklam Burada

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – Arkov

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – ArkovErmənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, bu "dostlar" İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində ən az faktiki nəzarəti "qaytarmağa" məcbur etməlidirlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

"Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə, Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanarının əməkdarşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir", - ekspert qeyd edib.

Arkovun fikrincə, Ermənistan hakimiyyəti onlara səxavətlə pul verildikdə, həmişə bir neçə sahibə eyni vaxtda xidmət etmək bacarığı ilə seçilib:

"Buna görə də Hindistan silahlarının tədarükü baxımından mən Ermənistanı da nominal alıcı hesab edərdim. Məncə, real alıcı üçüncü tərəfdir, ola bilsin Hindistan mövcud məhdudiyyətlərə görə birbaşa silah verə bilmir. Müasir dünyada bu, adi haldır. Vaxtilə Bakı Tehranla İrəvan arasında külli miqdarda raket sistemlərinin tədarükü ilə bağlı danışıqlara həssas yanaşırdı. Əslində, bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulmamışdı".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər