Sizin Reklam Burada

Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü - Yaralılar var

Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü - Yaralılar varBakıda marşrut avtobusu qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər