Azərbaycanda ilk - Satıcısız mağaza və kofe-şop yaradılıb

Startap layihəsi olan “Selfbar” ölkə daxilində mağazalar şəbəkəsinə çevrilir

Azərbaycanda ilk dəfə satıcısız və kassirsiz mağaza və kofe-şop fəaliyyət göstərir.

İki il əvvəl startap layihəsi kimi açılan “Selfbar”ın həmtəsisçisi və icraçı direktoru Orxan Seyidov ... bildirib ki, innovasiya ilə rahatlığın birləşdiyi mağaza iki hissədən - ağıllı mikromarket və özünəxidmət kofe-şopundan ibarətdir. Onun sözlərinə görə, insanlar bir dəqiqədən də az müddətdə özlərinə təzə üyüdülmüş kofe ala və ya ağıllı mağazadan al-ver edə bilərlər. Bütün proseslər quraşdırılmış ağıllı sistem və sensorların köməyi ilə idarə olunur: “Burada bütün əməliyatları müştərinin özü həyata keçirir, yəni həm kassir, həm də barista müştərinin özüdür. Bunun sayəsində əməliyyat xərcləri aşağı düşür və istifadəçilər məhsulları daha sərfəli qiymətə əldə etmiş olurlar. Ən əsası isə alış prosesi rahat, sürətli və növbəsiz həyata keçirilir”.

“Selfbar” platforması ağıllı idarəetmə modulundan (“smart box”) və proqram təminatından ibarət zəngin bir sistemlə çalışır. Bu qurğu vasitəsilə istənilən soyuducunu və ya digər qapısı olan mebelləri ağıllı satış nöqtəsinə çevirmək mümkündür. Yəni “smart box” idarəetmə kompüteri, elektrikli qıfıl, kamera, temperatur, rütubət və digər sensorlardan ibarət bir sistemdir. İstifadəçilər “Selfbar” mobil əlavəsi vasitəsilə mağazanın qapısını aça və seçdiyi məhsulları səbətə əlavə edib ala bilərlər. Proqramda müştərilərin xoşuna gələcək bir sıra loyallıq aksiyaları da movcuddur”, - deyə O.Seyidov əlavə edib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda ölkə daxilində 4 məntəqədə fəaliyyət göstərən “Selfbar”ın mağazalarının sayının daha da artırılması istiqamətində iş gedir. Onun sözlərinə görə, “Selfbar”ın ölkə xaricində fəaliyyət filiallarının açılması gələcək planlar arasındadır.

Qeyd edək ki, “Selfbar” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilən startapçıları üç il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisi ödəməkdən azad edən “Startap” şəhadətnaməsi qazanıb. O.Seyidov deyib ki, üç il mənfəət və ya gəlir vergisindən qənaət olunacaq məbləği layihənin inkişafına yönləndirirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər