Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçələrinə asfalt çəkildi
Dərc olunub:
Dünən, 13:05
Binəqədidə "Lake Hotel"də baş verən bədbəxt hadisə zamanı həlak olan ofisiantlardan Eltac Əliyevin yığdığı pulla küçələrinə asfalt çəkilib.
Avrasiya.net xəbər verir ki, bu barədə mərhumun sosial şəbəkə hesabında paylaşım edilib.
Xatırladaq ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşını - Cavidan Muradlını, Emil Quliyevi və Əkbər Zeynalovu cərəyan vurub. Dörd əməkdaş hadisə nəticəsində həyatını itirib.
