Bakıda partlayış olan villa generalın qardaşının imiş
Dərc olunub:
9-12-2025, 16:22
Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.
Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.
Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
