Stadionu alan şəxs Şeyxin Mühafizə Xidmətinin rəisi olub

Stadionu alan şəxs Şeyxin Mühafizə Xidmətinin rəisi olubMasallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.

Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə Xidmətinin rəisi olub.

O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

S.Sadıqov həm də 20 Yanvardakı "Ləvəngi" restoranının sahibidir.

Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər