DGKA tələbəsinin komandası “Milli Kosmik Hakaton”unda uğur qazanıb

DGKA tələbəsinin komandası “Milli Kosmik Hakaton”unda uğur qazanıbAzərbaycan İnnovasiya Mərkəzində “Azərkosmos”un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən “Milli Kosmik Hakaton”unda Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbəsinin komandası yüksək nəticə göstərib. Belə ki, Akademiyanın “İnformasiya Texnologiyaları” ixtisasının III kurs tələbəsi Mirməhəmməd Mənsimovun kapitanı olduğu komanda 150 komanda arasından seçilərək finala yüksəlib.

Komanda “SatWater” adlı peyk məlumatlarına əsaslanan avtomatik suvarma sistemi layihəsi təqdim edib. Layihə funksionallığı və tətbiq imkanları ilə yüksək qiymətləndirilib və ilk onluğa daxil olub.

Bu uğurlu nəticəyə görə komanda İsrail Aerokosmik Sənayesinin (IAI) “Vistar” akselerasiya proqramına birbaşa qəbul edilib. 7 həftəlik proqram çərçivəsində layihə inkişaf etdiriləcək və investorlar qarşısında təqdim olunacaq.

Qeyd edək ki, 150 komandadan yalnız 15-nin finala yüksəldiyi hakatonun məqsədi gəncləri kosmos və innovasiya sahəsində bir araya gətirərək həm innovativ yanaşmaların inkişafını, həm də kosmik sahibkarlığa marağın artmasını təmin etməkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər