AYNA-nın yazdığı cərimələri məhkəmə LƏĞV ETDİ

AYNA-nın yazdığı cərimələri məhkəmə LƏĞV ETDİAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "AEM Elektron" MMC və "Foodini" MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.

AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.

Xətai Rayon Məhkəməsi "AEM Elektron" MMC-ni, Səbail Rayon Məhkəməsi isə "Foodini" MMC-ni həmin maddə üzrə cərimə qərarı qəbul etmişdi.

Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edib, qərarlar ləğv olunub.

Qeyd edilib ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.

Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb. (Mənbə "Teleqraf")

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər