"Niyə dükanların hamısı market adlanmalıdır?"

Heydər Əliyev sovet dövründə Azərbaycan Yazıçılar Birliyinin qurultayında Azərbaycan dilində danışırdı. Bu ilk dəfə idi. Çünki ona qədər qurultayda çıxış edən dövlət rəhbərlərinin hamısı rusca danışırdı.

Avrasiya.net xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ölkəmizdə dilin qorunması ilə bağlı fikirlər səslənsə də, problemlər çoxdur:

“Mən başa düşmürəm, niyə dükanların hamısı market adlanmalıdır? Dükan yazılsa, nə olacaq ki? Deyirlər ki, turistlərə görə belə yazıblar. Yəni turist elə kütdür ki, o bilmir burada nə satılır? Ona görə də dil və ədəbiyyat mövzusuna çox həssas yanaşmalıyıq”.

Anar Rzayev bildirib ki, dil və ədəbiyyatı hamı bilməlidir:

“İçərişəhərdə ensklopediyasının binasının önündə Həsən bəy Zərdabinin heykəli var. Sonradan oranın birinci mərtəbəsini restoran etdilər. İndi Həsən bəy heykəli orada restoranın qapıçısı kimi görünür. Çox xahiş edirəm ki, o büstün yeri dəyişdirilərək Şəhriyar mədəniyyət evinin qarşısındakı bağa köçürülsün”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər