Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında sakinlərlə görüş keçirib.
Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən işsizliyin aradan qaldırılması, məşğulluq imkanlarının artırılması, dolanışıq şəraitinin yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatı ilə məşğul olan sakinlərin məhsullarının xarici bazarlara daha sərbəst çıxarılması üçün güzəştlərin tətbiqi kimi məsələlər müzakirə olunub.
Deputat Azər Allahverənov sakinlərin müraciətlərini diqqətlə dinləyib və bildirib ki, məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. O qeyd edib ki, hər bir müraciət aidiyyəti qurumlara yönləndiriləcək və onların həlli nəzarətdə saxlanılacaq.
Deputat vurğulayıb ki, Nardaran sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi sosial-iqtisadi layihələr davamlı xarakter daşıyır və bu istiqamətdə atılan addımlar gələcəkdə daha geniş miqyasda reallaşdırılacaq.
