Xəzər sahilində aşkarlanan ölü suitilərin sayı 500-ə çatdı

Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, mənbə aşkar edilən ölü heyvanların sayının arta biləcəyini qeyd edib.

"Sulak çayının mənsəbindən Terek çayına qədər 322 suiti cəsədi aşkar edilib", - məlumatda bildirilib.

Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb. Nazirlik qeyd edib ki, mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.

Nazirlik əlavə edib ki, Xəzər suitilərinin tələfi hər il məməlilərin miqrasiya dövründə baş verir. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı olan dəniz dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır.

Xəzər suitisi və ya nerpası Xəzər dənizində yaşayan yeganə məməli heyvandır. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu təhlükə altında olan heyvanlar siyahısına daxil edib.

Qeyd edək ki, noyabrın əvvəlində Xəzərin Qazaxıstan sahillərində 200-ə yaxın Xəzər suitisinin cəsədi aşkar edilib.

***

Xəzər dənizinin Dağıstan sahillərində aşkarlanan ölü suitilərin sayı artaraq 500-ə çatıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər