"Bunun bir adı var, o da Azərbaycan dövlətçiliyinə xəyanət"

“Ramiz Mehdiyevin məsuliyyətə cəlb edilməsi, ölkə daxilində gizli siyasi əlaqələrin və dövlətə qarşı yönələn məkrli planların ifşasında dönüş nöqtəsi oldu. Barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilən Ramiz Mehdiyevə qarşı ciddi ittihamlarla cinayət işi açılıb. Bu ittihamlar dövlət hakimiyyətini qəsb etməyə yönələn əməlləri, dövlətə xəyanəti və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması faktlarını əhatə edir. Gedən proseslərin ilkin araşdırılması onu göstərir ki, bu çirkin planların həyata keçirilməsində Ramiz Mehdiyevə xaricdən dəstək verilib və daxildə də bu xəyanətə yardım edən qüvvələr olub. Ölkənin təhlükəsizliyinə məsul olan Dövlət Təhlükəsizlik Xidməti də (DTX) bütün məsələləri araşdırıb, bu prosesdə Mehdiyevi dəstəkləyən qüvvələri ifşa etmək istiqamətində ciddi addımlar atmaqdadır. AXCP sədri Əli Kərimli, bir neçə AXCP üzvünün, eyni zamanda Milli Şura üzvü Gültəkin Hacıbəylinin saxlanması da məhz bu əməliyyat tədbirləri çərçivəsində həyata keçirilib”.

Bunu Avrasiya.net-ə açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, illərlə ölkənin ali idarəetmə strukturlarında çalışan Ramiz Mehdiyev formal olaraq vəzifədən getsə də, ölkədəki müəyyən radikal qruplarla əlaqələrini tam kəsməyib. “O Azərbaycan siyasətinin köhnə metodlarından istifadə edərək pərdəarxası manipulyasiya, qruplaşmalar yaratmaqla öz çirkin niyyətlərini həyata keçirməyə çalışıb. Mehdiyev “5-ci kolon”un imkanlarından faydalanaraq öz çirkin niyyətlərini həyata keçirmək üçün planlar qurub. Bunun üşün ölkədə “demokratiyanın”, “qanunun aliliyi”nin tərəfdarı kimi göstərən AXCP və onun sədri Əli Kərimlinin imkanlarından faydalanıb. Lakin Mehdiyevin bu çirkin niyyəti həyata keçmədi, ölkənin hüquq-mühafizə və təhlükəsizlik qurumları bu cür xəyanətkarların çirkin əməlini zamanında ifaş edib ortaya çıxardı”, - o qeyd edib.

Deputatın sözlərinə görə, AXCP sədri Əli Kərimlinin adı uzun illərdir ki, Mehdiyev tərəfindən dəstəkləndiyi onunla müəyyən “balanslı münasibət” saxlayan bir oyunçuya çevrilib. “Əli Kərimli uzun illər Ramiz Mehdiyevin yaratdığı siyasi arxitekturanın tərkib hissəsi olub, müxalifət obrazını isə yalnız həmin sistem içində öz mövqeyini qorumaq üçün istifadə edib.
Mehdiyev AXCP-yə dəstəyinin “mükafatı” olaraq zamanı gələndə ölkədə xaos yaradıb, sabitliyi pozmaqla hakimiyyət dəyişikliyi ssenarisinin həyata keçməsində üzərinə düşən rolu oynamalı idi”, - vurğulayıb.

Deputat hesab edir ki, Mehdiyev Kərimli əməkdşalığının bir adı var, o da Azərbaycan dövlətçiliyinə xəyanətdir:
“Azərbaycanda hakimiyyətə ancaq demokratik siyasi mübarizə və seçkilərdə xalqın səsini qazanmaqla Konstitusion yolla gəlmək mümkündür. Bundan xaric istənilən mübarizə üsulu Konstitusiyaya zidd və dövlətə xəyanətdir. Ona görə də “demokratik” mübarizə adı altında xalqı aldamaq, dövlətin sabitliyini pozmağa yönəlmiş hər hansı fəaliyyətin adı xəyanətdir. Xalqa, dövlətə xəyanətin bədəli isə ağır olur. DTX tərəfindən həyata keçirilən əməliyyat və aparılan araşdırmalar da məhz xalqa, dövlətə qarşı xəyanəti üzə çıxarıb ifşa etməkdir.

Hamə bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs gec-tez öz qanunsuz əməlinə görə qanun qarşısında cavab verəcək. Siyasi kölgələrdə gizlənənlər, manipulyasiya edənlər və sabitliyi pozmaq istəyənlər gec-tez üzə çıxacaq və öz layilqi cəzalarını alacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər