Vətənə xəyanətin bəraət yeri yoxdur - Millət vəkili

Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyat-axtarış tədbirləri bir daha göstərdi ki, ölkəmizdə stabilliyin qorunması möhkəm əllərdədir və “beşinci kolon” adlandırılan xəyanət şəbəkəsinin gizli əməlləri cəzasız qalmayacaq. Xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər. Onlara nə “akademik”, “demokrat”, “islahatçı” kimi saxta titullar, nə uzun müddət xidmət etdiklər dövlət və ya dövlətlər belə yardımçı ola bilməyəcəklər.

Tamamilə aydındır ki, 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyadakı mərkəzlərdın idarə olunan və yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq.

Ərazi bütövlüyü və suverenliyi tam bərpa etmiş Azərbaycan daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Əlaltılar unudurlar ki, Azərbaycan AXC-Musavat qrupunun səriştəsiz idarəetməsi nəticəsində tənəzzülə uğrayan ötən əsrin 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Azərbaycan rəhbərliyi istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və hər zaman da alacaq.

Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Vətənə xəyanətin isə heç zaman bəraət yeri yoxdur.


Vüqar Bayramov
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər