Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
Dərc olunub:
30-11-2025, 03:14
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, İstanbulda polis idarəsinə gətirilib və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.
Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyevin işi”ndə hallanır.
Son xəbərlər
