Eşqin ölümündən əvvəl bərk qorxubmuş - VİDEO
Dərc olunub:
30-11-2025, 01:10
Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb.
Avrasiya.net “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib.
17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində vəfat edib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir.
Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər. Mərhumun qonşuları bildirib ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
