Mehdiyev işi: Əli Kərimlinin evində axtarış aparıldı
Dərc olunub:
29-11-2025, 16:27
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, partiya sədrinin evində aparılan axtarış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi ilə əlaqədardır.
Əli Kərimlinin adı dövlətə xəyanətdə ittiham edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə işbirliyində hallanır.
Hüquq-mühafizə orqanlarından Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı təsdiqlənib.
Qeyd edək ki, partiya fəalları Əli Kərimlinin saxlanılmasına dair sosial mediada məlumat yaymışdı.
Bundan başqa, partiya sədrinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.
Son xəbərlər
